Üçüncü zəvvar qrupu nə vaxt Həcc ziyarətinə yola düşür?
Üçüncü zəvvar qrupu sabah, yəni 27-i Həcc ziyarətinə yola düşəcək. Mediaxeberleri.Az xəbər verir ki, bu barədə APA-ya açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sistem rəhbəri Vüsal Cahangiri məlumat verib. Onun sözlərinə görə, hər təyyarədə 3 qrup olacaq: "Qrupların hər biri 45 nəfərdən ibarətdir. Zəvvarlar sabah saat 10:50-də Heydər Əliyev Beynəlxalq Aeroportundan Səudiyyə Ərəbistanına yola salınacaq". Qeyd edək ki, bu il Həcc ziyarətinin bir nəfər üçün ziyarət paketi 5 950 ABŞ dolları təşkil edir. Ziyarət yalnız vahid formada və hava nəqliyyatı vasitəsilə həyata keçirilir.
Oxunub: 261
Xəbəri paylaş
Paylaş: