Ağstafada şagird məktəbli yoldaşına xəsarət yetirib? - AÇIQLAMA
Ağstafada şagird məktəbli yoldaşına xəsarət yetirib, araşdırma aparılır. Hadisə Ağstafa rayonu Köçəsgər kənd Azər Ələkbərov adına 2 nömrəli tam orta ümumtəhsil məktəbinin 8-ci və 9-cu sinif şagirdləri arasında qeydə alınıb. Hadisə zamanı şagirdlərdən biri xəsarət alıb. Qazax-Tovuz Regional Təhsil İdarəsindən isə Mediaxeberleri.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, şagirdlər arasında dərsdən sonra idman meydançasında mübahisə yaranıb: "Mübahisə zamanı şagirdlərdən biri digərinə xəsarət yetirib. Xəsarət almış şagird tibb müəssisəsinə yerləşdirilib. Məktəblilərin valideynləri də təhsil müəssisəsinə dəvət edilib, onlarla görüş keçirilib". Məsələ ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Oxunub: 314
Xəbəri paylaş
Paylaş: