Millimiz dünya çempionatında qalib gəldi və pley-offa vəsiqə qazandı
Bakıda minifutbol üzrə dünya çempionatı keçirilir. Medıaxeberlerı.Az xəbər verir ki, bu gün turnirdə qrup mərhələsinin 3-cü turu start götürüb. A qrupunda mübarizə aparan Azərbaycan millisi Mavritaniyanı qəbul edib. Görüş yığmamızın 2:0 hesablı qələbəsi ilə başa çatıb. Bu qələbədən sonra millimiz turnirin pley-off mərhələsinə vəsiqə qazanıb. Bu qrupun digər oyununda Bəhreyn Sloveniya ilə qarşılaşıb. Oyun Bəhreynin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb. Hazırda bu qrupda Azərbaycan 7 xalla liderdir. 4 xalı olan Mavritaniya 2-cidir. Bəhreyn eyni xalla 3-cü, Sloveniya isə 1 xalla 4-cü yerdədir. Millimiz daha əvvəl Bəhreynlə heç-heçə edib, Sloveniyaya isə qalib gəlib - 1:1, 4:0. Dünya çempionatı, qrup mərhələsi 3-cü tur 25 may A qrupu 14:00. Bəhreyn - Sloveniya - 4:1 19:30. Azərbaycan - Mavritaniya - 2:0 B qrupu 12:45. Özbəkistan - Çad - 3:0 22:00. Rumıniya - Fransa C qrupu 16:30. Macarıstan - Ukrayna - 3:0 18:15. Türkiyə - İngiltərə - 0:3 D qrupu 15:15. Hindistan - Portuqaliya - 0:8 20:45. Slovakiya - Bolqarıstan - 0:1 Qeyd edək ki, Milli Gimnastika Arenasında təşkil olunan dünya çempionatı iyunun 1-də başa çatacaq.