Türkiyədə yenə ard-arda zəlzələ oldu
Türkiyənin Kütahya şəhərinin Simav rayonunda 3,9 bal gücündə zəlzələ baş verib. Mediaxeberleri.Az xəbər verir ki, bu barədə AFAD məlumat yayıb. Yerli vaxtla saat 02:45-də baş verən zəlzələ yerin 11,82 kilometr dərinliyində meydana gəlib. Bundan başqa, saat 07:21-də Simavda yenə 3,9 bal gücündə növbəti yeraltı təkan baş verib. Yerin 6,13 km dərinliyində meydana gələn zəlzələ zamanı tələfat və dağıntı qeydə alınmayıb.
Oxunub: 52
Xəbəri paylaş
Paylaş: