Məhkəmə bəraət alan şəxslə bağlı qərarı açıqladı
Ali Məhkəmədə İsmayıllıda dələduzluqda təqsirləndirilən Məhəmmədəli Qədirovun barəsindəki qərardan verilən kasassiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. Mediaxeberleri.Az-ın əldə etdiyi məlumata görə, hakim İlqar Qılıcovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şikayət təmin edilməyib. Qeyd: Məhəmmədəli Qədirov zərərçəkmiş şəxsin oğlunu Ali Hərbi Məktəbə düzəldəcəyini vəd edərək onun 34 min manat pulunu dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilib. Ona qarşı Cinayət Məcəlləsinin 178.2.4 (dələduzluq-xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. İsmayıllı Rayon Məhkəməsinin hökmü ilə Məhəmmədəli Qədirova bəraət verilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Hökmdən narazı qalan zərərçəkmiş apellyasiya şikayəti verib. Şəki Apellyasiya Məhkəməsi isə şikayəti təmin etməyib.