Bakıdakı yanğın zamanı beş avtomobil külə döndü
Bakı şəhərinin Binəqədi rayonunda yerləşən obyektdə baş vermiş yanğın zamanı yaxınlıqda olan avtomobillər də yanıb. Bu barədə FHN-in Mətbuat Xidmətindən bildirilib. Yanğın nəticəsində ümumi sahəsi 1600kv.m. olan metal konstruksiyalardan ibarət marketə məxsus anbar 650kv.m. sahədə, 50 p.m. elektrik kabeli, anbarın qarşısında dayanmış "Toyota", "Mercedes", VAZ-2107 və "Hyundai" markalı minik avtomobillərinin yanar hissələri və "Opel" markalı minik avtomobilinin dam hissəsi yanıb.
Oxunub: 62
Xəbəri paylaş
Paylaş: