Tanınmış ekspert Anar Rzayevin rəhbərlik etdiyi qurumu məhkəməyə verir – “Cəriməni haranızdan uydurub çıxardınız?”
İnsanları bezdirən, yığdığı vəsait haqqında ictimai məlumat verməyən, yığdığını kefi istəyən kimi xərcləyən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sizdən mesaj aldım, bugünkü tarixdir, avtomobili heç yerdə saxlamamışam, evdən çıxıb ofisə gəlib, ofisin qarşısında maşını park etmişəm, ofisin qarşısı binaya aiddir, şlaqbaumla daxil olmaq olur - maşın 7 saatdır ofisin qarşısındadır, yaxşı, siz bu cəriməni haranızdan uydurub-çıxardınız? Mediaxeberleri.Az-ın xəbərinə görə, bunu ekspert Natiq Cəfərli bildirib. “Çağrı mərkəzinizə zəng etdim, 4 dəqiqə gözlətdiniz, sonra qapatdınız. Sizi məhkəməyə verəcəyəm, yetər artıq, insanları zinhara gətirmisiniz!” – o qeyd edib. Qeyd: AYNA-nın rəhbəri Anar Rzayevdir.
Oxunub: 100
Xəbəri paylaş
Paylaş: