BAKIDA BU ƏRAZİLƏRİ YENƏ SU BASDI - Yağıntılı hava şəraiti fəsadlara yol açıb + VİDEO (Yenilənib)
Gecə saatlarından yağan intensiv yağış Bakıda bir sıra yollar və küçələrdə sərnişinlər və avtomobillər üçün problemlər yaradıb. Səhər saatlarından etibarən bəzi yollarda, xüsusən də "Bağırov" körpüsü yaxınığında tıxaclar yaranıb. Körpünün altında suyun göllənməsi burada hərəkətin məhdudlaşması ilə nəticələnib. Əraziyə YPX əməkdaşları cəlb olunub. REAL kanalının videorepotrtajını və İctimai.TV-nin videosunu təqdim edirik: *** Ötən gündən başlayaraq ölkə ərazisində müşahidə olunan qeyri-sabit və yağıntılı hava şəraiti bir sıra fəsadlara yol açıb, bəzi əraziləri su basıb. Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Qeyd olunanlarla bağlı nazirliyin qüvvələri intensiv yağışlarla əlaqədar Bakı və Gəncə şəhərləri, Abşeron rayonunun Xırdalan şəhəri ərazisində su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması, köməyə ehtiyacı olan vətəndaşların təxliyəsi və digər zəruri təhlükəsizlik tədbirlərinin həyata keçirilməsinə cəlb olunub. Hazırda Nazirliyin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin, Bakı Regional Mərkəzinin qüvvələri tərəfindən bir sıra ünvanlarında əməliyyat davam etdirilir.