Göygölə qar yağır - FOTO
Göygöl rayonunun Tülallar kəndinə qar yağır. Mediaxeberleri.Az Teleqraf-a istinadən xəbər verir ki, hazırda kənddə qalın qalınlığı 6-sm çatıb. Kəndlə rayon mərkəzini təmin edən avtomobil yolunda çətinliklər yaranıb. Hazırda yolun gediş-gəliş üçün işlək vəziyyətdə olması istiqamətində tədbirlər görülür. Tülallar kəndi rayon mərkəzindən 35 km uzaqlıqda yerləşir. Kəndin 250-ə yaxın sakini var. Ərazidə mavi yanacaq da yoxdur. Sakinlər odundan istifadə edir. Qar yağışı bu saatlarda da davam etməkdədir.
Oxunub: 88
Xəbəri paylaş
Paylaş: