Yas mərasimində evin eyvanı uçdu: qadınlar xəsarət aldı
Göyçayda yas mərasimində evin eyvanı uçub. Mediaxeberleri.Az Report-a istinadən xəbər verir ki, hadisə Fərahim İsrafil oğlu Vahidova məxsus evdə qeydə alınıb. Belə ki, evdə yas mərasimi zamanı mərasimdə iştirak edən qadınların oturduğu evin 2-ci mərtəbəsinin eyvan uçub. Nəticədə 1978-ci il təvəllüdlü Mətanət Ağakərim qızı Həşimova , 1969-cu il təvəllüdlü Kəmalə Həşim qızı Vahidova, Göyçay rayonu, Qarayazı kənd sakinləri - 1966-cı il təvəllüdlü Saxanım Suru qızı Cabbarova, 1966-cı il təvəllüdlü Nazilə Məzahir qızı Məmmədova və 1963-cü il təvəllüdlü Susaxan Suru qızı Əliyeva həmin eyvandan yıxılaraq müxtəlif bədən xəsarətləri alıblar. Araşdırma aparılır.
Oxunub: 371
Xəbəri paylaş
Paylaş: