Bu 6 ölkə Rusiyaya qarşı birləşdi: Yeni sanksiyalar olacaq
Polşa, İtaliya, İspaniya, Fransa, Almaniya və Böyük Britaniya Ukrayna münaqişəsinə görə yeni anti-Rusiya sanksiyaları tətbiq etməyə hazırdır. Mediaxeberleri.Az xəbər verir ki, bu barədə Avropa XİN rəhbərlərinin Madrid görüşündən sonra verdiyi birgə bəyanatda bildirilir. "Biz beynəlxalq tərəfdaşlarımızla birlikdə Kiyevə gələcək siyasi, hərbi, diplomatik, maliyyə, iqtisadi və humanitar dəstək verməyə sadiq qalırıq. Digər məsələlərlə yanaşı, yeni sanksiyaların qəbulu da daxil olmaqla, Rusiya Federasiyasına əlavə təzyiq göstərməyə hazırıq", - bəyanatda deyilir. Sənəddə həmçinin Moskva “bərabər şərtlərlə dərhal atəşkəs”lə razılaşmağa çağırılır. Digər məsələlərlə yanaşı, Madrid görüşünün iştirakçıları Ukraynadakı münaqişə bitənə qədər Rusiyanın aktivlərinin dondurulması ilə bağlı razılığa gəliblər.