Ürəyi qüsursuz işlədir: Tikanı ilə birlikdə yeyilir
Mediaxeberleri.Az bildirir ki, bol C vitamini, antioksidant və lif ehtiva edən çiyələk immuniteti gücləndirir. Aşağı kalorili olması onu pəhriz dostu edir. İmmuniteti gücləndirir: Yüksək C vitamini tərkibi infeksiyalara qarşı müqaviməti artırır. Antioksidant təsiri: Hüceyrə yaşlanmasını yavaşladır, xərçəngdən qoruya bilər. Ürək sağlamlığını dəstəkləyir: Çiyələkdən müntəzəm istifadə ürək xəstəlikləri riskini azalda bilər. Tərkibindəki yüksək kalium və aşağı natrium ürək sağlamlığı üçün faydalıdır. Həzm sisteminə kömək edir: Bol lif qəbizliyi azaldır. Dəri sağlamlığına faydalıdır: Sızanaq və ləkələrin qarşısını ala bilər. Tərcümə: Könül OrucÇiyələk mövsümü may-iyun aylarında başlayır. Baharın gəlişi ilə təzə meyvə axtaran istehlakçılar üçün sağlam seçim təqdim edir.