FHN-çilər Xankəndidə: 48 nəfərin cəsədi çıxarıldı - Video
Xankəndi şəhəri yaxınlığında yanacaqdoldurma məntəqəsində baş vermiş yanğın və partlayış hadisəsi ilə əlaqədar Azərbaycan Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən axtarış-xilasetmə əməliyyatı sona çatdırılıb. Bu barədə Mediaxeberleri.Az-a FHN-dən bildirilib. Həyata keçirilən əməliyyat nəticəsində FHN-in xilasediciləri tərəfindən 48 nəfərin cəsədi dağıntılar altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Həmçinin, qüvvələr tərəfindən hadisə baş vermiş ərazidə zəruri təhlükəsizlik tədbirləri görülüb.
Oxunub: 342
Xəbəri paylaş
Paylaş: