Niderlanddan Ukraynaya pilotsuz təyyarələrin istehsalı üçün 500 milyon avro
Niderland Ukrayna üçün pilotsuz təyyarələrin yaradılması üzrə böyük layihəyə 500 milyon avro ayırdığını açıqlayıb. Mediaxeberleri.Az xəbər verir ki, bu barədə "RBC-Ukrayna" Niderland Müdafiə Nazirliyinin saytına istinadən məlumat yayıb. "500 milyon avroluq paket Ukraynaya 2025-ci il üçün 2 milyard avroluq sürətləndirilmiş dəstəyin bir hissəsidir. Bu, Ukraynaya Rusiyanın cəbhə xəttində hücumlarını dayandırmağa kömək etməlidir", - məlumatda qeyd olunub. Pilotsuz təyyarələrin istehsalı üçün maliyyə ayrılması barədə qərar Niderlandın müdafiə naziri Ruben Brekelmans və dövlət katibi Qeys Tuynmanın Ukraynaya son səfəri zamanı qəbul edilib.
Oxunub: 273
Xəbəri paylaş
Paylaş: