Azərbaycan Prezidenti: “Bizə qarşı etnik təmizləmə, işğal və ərazilərimizin məhvi həyata keçirilib”
“Bizə qarşı etnik təmizləmə, işğal və ərazilərimizin məhvi həyata keçirilib”. AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 29-da Zəngilanda keçirilən “Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi” mövzusunda 2-ci Milli Şəhərsalma Forumunun açılış mərasimində çıxışı zamanı söyləyib. Dövlətimizin başçısı, həmçinin bildirib: “Otuz il ərzində bir milyondan çox azərbaycanlı evlərindən didərgin salınıb. Onların 200 mindən artığı hazırkı Ermənistan ərazisindən sürgün edilib. Bizim şəhərlərimiz, kəndlərimiz darmadağın edilib. 30 il ərzində işğalçı qüvvələr bizə buraya qayıtmağa imkan vermirdi”.
Oxunub: 233
Xəbəri paylaş
Paylaş: