Xankəndidəki partlayışda ölənlərin sayı artdı
Azərbaycanın Qarabağ bölgəsində, Xankəndi yaxınlığında yanacaqdoldurma məntəqəsində baş verən partlayış nəticəsində ölən 170 nəfərin meyitinin qalıqları aşkarlanıb. Medıaxeberlerı.Az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb. Bildirilib ki, ərazidə aşkarlanan şəxsi əşyalar və meyitlərin qalıqlarına əsasən məhkəmə tibbi ekspertiza 170 nəfərin öldüyünü təsdiqləyib. Meyitlərin qalıqları və şəxsi əşyalar DNT analizlərinin aparılması üçün Ermənistana təqdim ediləcək. Qeyd edək ki, Xankəndi yaxınlığında yanacaqdoldurma məntəqəsində sentyabrın 25-də partlayış olub.
Oxunub: 202
Xəbəri paylaş
Paylaş: