Ukrayna ilə bağlı sammitdə neçə ölkə iştirak edəcək? - İngiltərə açıqladı
Britaniyanın Baş naziri Kir Starmer mətbuata bəzi açıqlamalar verib. Mediaxeberleri.Az xəbər verir ki, Baş nazir martın 2-də İngiltərədə keçirilməsi planlaşdırılan Ukrayna sammitinə neçə ölkədən nümayəndənin qatılacağını bildirib. Starmer bu açıqlamanı Ağ Evdə görüşdüyü ABŞ prezidenti Donald Trampla birgə mətbuat konfransında açıqlayıb. "Biz bu məsələdə digər Avropa ölkələri, xüsusilə də Fransa və NATO ilə işləyirik. Düşünürəm ki, danışıqları davam etdirmək üçün bazar günü 18 ölkənin nümayəndələri ilə görüşəcəyik", - Starmer bildirib .
Oxunub: 48
Xəbəri paylaş
Paylaş: