"Neftçi" "Şamaxı"nı məğlub etdi
Bu gün Misli Premyer Liqasında 21-ci tura start verilib. Mediaxeberleri.Az xəbər verir ki, ilk oyun günündə 2 matç keçirilib. Əvvəlcə "Kəpəz" "Sabah"ı qəbul edib. Matç gəncəlilərin 3:2 hesablı qələbəsi ilə bitib. 2-ci görüşdə isə "Neftçi" evdə "Şamaxı" ilə qarşılaşıb. Oyun Bakı klubunun 1:0 hesablı qələbəsi ilə başa çatıb. Beləliklə, turnir cədvəlində "Neftçi" 21 xalla 7-ci, "Şamaxı" isə 17 xalla 9-cu yerdə qərarlaşıb. 31 yanvar 18:30. “Neftçi” – “Şamaxı” - 1:0 Qol: Emin Mahmudov, 45+4 - pen. Hakimlər: Rəşad Əhmədov, Akif Əmirəli, Rahil Ramazanov, Kamranbəy Rəhimov VAR: Elçin Məsiyev AVAR: Elşad Abdullayev "Neftçi Arena" 16:00. “Kəpəz” – “Sabah” - 3:2 Qollar: Pavol Şavranko, 6-pen. (0:1), Mahamadu Ba, 11 (1:1), Cessi Sekidika, 45+4 (1:2), Əli Səmədov, 54 (2:2), Rauf Hüseynli, 64-pen. (3:2) Qırmızı vərəqə: İqor Noqeyra, 62 ("Sabah") Hakimlər: Fərid Hacıyev, Zöhrab Abbasov, Asiman Əzizli, Əli Əliyev VAR: Nicat İsmayıllı AVAR: Namik Hüseynov Tovuz şəhər stadionu. 1 fevral 16:00. “Turan Tovuz” – “Səbail” 18:30. “Sumqayıt” – “Araz-Naxçıvan” 2 fevral 19:00. “Zirə” – “Qarabağ” Bombardirlər: Coy-Lens Mikels ("Sabah") - 8 qol Felipe Santos ("Araz Naxçıvan") - 8 qol Davit Volkov ("Zirə") - 7 qol Leandro Anderade ("Qarabağ") - 7 qolN Klublar O Q H M T-F X 1 Qarabağ 20 16 2 2 51-11 50 2 Araz-Naxçıvan 20 13 3 4 23-15 42 3 Zirə 20 11 3 6 31-17 36 4 Turan Tovuz 20 9 8 3 28-21 35 5 Sabah 21 6 10 5 30-28 28 6 Sumqayıt 20 6 3 11 15-28 21 7 Neftçi 21 4 9 8 19-30 21 8 Kəpəz 21 5 2 14 20-46 17 9 Şamaxı 21 4 5 12 19-29 17 10 Səbail 20 4 3 13 19-30 15