Daha 10 cüdoçumuz mübarizəyə başlayır
Azərbaycanın daha 10 cüdoçusu Bakıda keçirilən Böyük Dəbilqədə mübarizəyə başlayacaq. Mediaxeberleri.Az-ın məlumatına görə, yarışın sonuncu günündə 90 kq çəki dərəcəsində Murad Fətiyev, Elcan Hacıyev, Əjdər Bağırov, Musa Hüseynli, 100 kq-da Ruslan Nəsirli, Zelim Kotsoyev, 100 kq-dan yuxarı çəkidə isə İmran Yusifov, Rəşid Məmmədəliyev, Uşangi Kokauri və Ramazan Əhmədov tatamiyə çıxacaq. 90 kq Murad Fətiyev - Srcan Mrvalyeviç (Monteneqro) 100 kq Ruslan Nəsirli - Zlatko Kumriç (Xorvatiya) +100 kq İmran Yusifov - Kamzat Saparbayev (Fransa) Qeyd edək ki, daha əvvəl Yaşar Nəcəfov (66 kq), Hidayət Heydərov (73 kq), Zelim Tçkayev (81 kq) qızıl, Leyla Əliyeva (48 kq) isə gümüş medal əldə edib.
Elcan Hacıyev - Aleksandr Sidoruk (İJF)
Əjdər Bağırov - Yermakhan Anuarbekov (Qazaxıstan)
Musa Hüseynli - Yahor Varapayev (İJF)/Aleks Kret (Rumıniya) cütünün qalibi
Zelim Kotsoyev - Matias Madsen (Danimarka)
Rəşid Məmmədəliyev - Juscelino Nasimento (Braziliya)
Uşangi Kokauri - Karl Stefansson (İslandiya)/Joao Kesarino (Braziliya)
Ramazan Əhmədov - Tamerlan Başayev (İJF)