Ağstafada hərbi qulluqçunu döyərək öldürən şəxsə HÖKM OXUNDU - 11 İL 6 AY
Mediaxeberleri.Az xəbər verir ki, hadisə 2023-cü ilin sentyabrında Ağstafa rayonu Saloğlu qəsəbəsindəki kəndarası yolda Orxan Əlizadənin dostu ilə Saloğlu qəsəbə sakini Baloğlan Abdul oğlu Bukavadzenin idarə etdikləri avtomobillərlə bir-birinə yol verməməsi səbəbindən baş verib. Belə ki, yolun ensiz olması səbəbindən Ağstafa rayon Düzqışlaq kənd sakini Şamxal Həmidov Baloğlan Bukavadze ilə mübahisə edib. Mübahisə zəminində Baloğlan Bukavadze Şamxalın avtomobilində sərnişin olan və mübahisəyə müdaxilə edən Orxana zərbə endirib. Orxan Əlizadə yıxılarkən başı qaz borusuna dəyib və komaya düşüb. Hadisədən bir neçə gün sonra Orxan Əlizadə ölüb. Xatırlatma: O.Əlizadə hərbi qulluqçu olub.Ağstafada hərbi qulluqçunu döyərək öldürən şəxsə hökm oxunub.
Gəncə Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Baloğlan Bukavadzenin cinayət işi üzrə məhkəmə iclasında çıxarılan hökmə əsasən, Bukavadze Baloğlan 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.