Dərman haramızın ağrıdığını necə bilir? - Kimyaçı danışır
Bədənimizin hansısa nahiyəsi ağrıyanda əlacı ağrıkəsici dərmanlarda tapırıq. Atdığımız dərmanlar isə həmən bölgədəki ağrını tezliklə kəsir. Bunun sirri nədədir? Dərman hansı bölgəmizin ağrıdığını necə anlayır? Mövzu ilə bağlı Hit.az-a açıqlama verən kimyaçı Aygün Xəlilova deyib ki, dərmanı atdıqdan sonra o mədədə parçalanır və bütün bədənə yayılır: “Bununla yanaşı, mədənimizdə ağrıya cavab verən iki vacib ferment var. Bunlar COX-1 və COX - 2-dir. Bunlar prostaqlandin sayılır. Prostaqlandinlər sizə ağrı barədə məlumat verir. Və siz ağrını hiss edirsiniz. Ağrıkəsici dərmanlar bu prostaqlandinlərin sayını limitləyir. Demək olar ki, azaldırlar. Buna görə də belə dərmanlara ağrıkəsici deyirlər. Yəni ki, ağrıkəsici dərmanlar sizin ağrınızı kəsir, ağrının səbəbini aradan qaldırmır”. Murad