"Tək-tük müğənnilərdənəm ki, bunu etdirməmişəm"
Əməkdar artist Sevda Ələkbərzadə estetik əməliyyatlarla bağlı danışıb. Mediaxeberleri.Az xəbər verir ki, bu barədə sənətçi jurnalist Pərviz Hüseynin "Pərvizə görə" layihəsində açıqlama verib. O bildirib ki, hələ ki, estetiki yoxdur:"Hələ ki estetik etdirməyən tək-tük müğənnilərdənəm. Yaşı və vaxtı gələndə buna yaxşı baxıram. Amma cavansan, gözəlsən, deyirsən ki, istəyirəm, belə olsun, ya elə. Bunu anlamıram, amma qınamıram, çünki mənim işim deyil. Özümə də deyirəm ki, vaxtı gələndə. Bilirəm ki, vaxtı gəlib, lakin hələ ki, heç nə etdirməmişəm".
Oxunub: 202
Xəbəri paylaş
Paylaş: