Dollarla dolu çantaları pəncərədən atan QADIN MƏMUR SAXLANILDI - 3 ölkədə daşınmaz əmlakı var imiş... - FOTO
Ukrayna Dövlət Təhqiqat Bürosu (DTB) Xmelnitski Regional Tibbi-Sosial Ekspertiza Mərkəzinin rəhbərini saxlayıb. Mediaxeberleri.Az Strana.ua-ya istinadla xəbər verir ki, o, 6 milyon dollar dəyərində qanunsuz varlanmada təqsirli bilinib. Məmur barəsində həbs-qətimkan tədbirinin seçilməsi məsələsinin həll olunduğu dəqiqləşdirilir. Onu əmlakı müsadirə olunmaqla 10 ilədək həbs cəzası gözləyir. Tibbi-sosial ekspertiza mərkəzinin rəhbəri Tatyana Krupa və onun pensiya fondunun regional idarəsinə rəhbərlik edən oğlu hərbi xidmətdən yayınanlardan milyonlar qazanıblar. Axtarışlar zamanı onlar 6 milyon dollar pul və qızıl-zinət əşyaları aşkar ediblər. Eyni zamanda qadın içərisində yarım milyon dollar olan iki çantanı pəncərədən atmağa çalışıb. İnternetdə oğlunun dollarlarla dolu çarpayıda uzandığını, pul yığınlarını çeşidlədiyini və sığalladığını göstərən video da yayılıb. Bundan əlavə, məlum olub ki, onların Ukraynada 30 mülkü, doqquz avtomobili, Xmelnitskidə otel və restoran kompleksi , Avstriya , İspaniya və Türkiyədə daşınmaz əmlakı və 2,3 milyon dollarlıq xarici hesabları var. Həmçinin məlum olub ki, məmur ailə üzvləri əlil kimi qeydiyyata alındıqları üçün səfərbərlikdən və xaricə səfərdən möhlət hüququna malikdirlər.