Mediaxeberleri.az
    
  • "Cənnətin iqamətgahı” filminin premyerası keçirilib
    "Cənnətin iqamətgahı” filminin premyerası keçirilib
  • 
  • Azərbaycan mədəniyyəti Tbilisoba festivalında
    Azərbaycan mədəniyyəti Tbilisoba festivalında
  • 
  • “İRANIN TƏSİR İMKANLARI SIFIRA BƏRABƏRDİR...” - "Azərbaycan və ABŞ mövqeyini sərtləşdirə bilər"
    “İRANIN TƏSİR İMKANLARI SIFIRA BƏRABƏRDİR...” - "Azərbaycan və ABŞ mövqeyini sərtləşdirə bilər"
  • 
  • MUSTAFAYEV MƏNİMSƏDİYİ 12 MİLYONU NEYNƏYİB? - Oğlu əmlakları barədə ifadə verdi
    MUSTAFAYEV MƏNİMSƏDİYİ 12 MİLYONU NEYNƏYİB? - Oğlu əmlakları barədə ifadə verdi
  • 
  • Qazaxda daha dörd küçənin işıqlandırılması təmin edilib
    Qazaxda daha dörd küçənin işıqlandırılması təmin edilib
  • 
  • PREZİDENT ONA YÜKSƏK VƏZİFƏ VERDİ - DSK-nın sədr müavini dəyişdi + DOSYE
    PREZİDENT ONA YÜKSƏK VƏZİFƏ VERDİ - DSK-nın sədr müavini dəyişdi + DOSYE
  • 
  • “Dünyəvi dövlət modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur” - Komitə sədri
    “Dünyəvi dövlət modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur” - Komitə sədri
  • 
  • Dini atributların məktəbə gətirilməsi doğru deyil – Musa Quliyev
    Dini atributların məktəbə gətirilməsi doğru deyil – Musa Quliyev
  • 
  • Elşad Miri: "Özlərini ətrafdakılara daha dindar göstərmək üçün uşaqlarının başını bağlayırlar" - VİDEO
    Elşad Miri: "Özlərini ətrafdakılara daha dindar göstərmək üçün uşaqlarının başını bağlayırlar" - VİDEO
  • 
  • “Neftçi”nin “Qarabağ” üzərində cüzi üstünlüyü var” - Arif Əsədov
    “Neftçi”nin “Qarabağ” üzərində cüzi üstünlüyü var” - Arif Əsədov
  • 
  • Hicablı uşaqlarla bağlı sensasiya: elə bir məlumat ortaya çıxdı ki… – Sirlər açılır
    Hicablı uşaqlarla bağlı sensasiya: elə bir məlumat ortaya çıxdı ki… – Sirlər açılır
  • 
  • Məktəbli formalarında hicab amili qeyd olunmayıb - Şeyx
    Məktəbli formalarında hicab amili qeyd olunmayıb - Şeyx
  • 
  • İRAN MÜHARİBƏSİNİN EKOLOJİ FƏSADLARI... - Xəzər və Azərbaycan üçün hansı risklər var?
    İRAN MÜHARİBƏSİNİN EKOLOJİ FƏSADLARI... - Xəzər və Azərbaycan üçün hansı risklər var?
  • 
  • Hicabın yaranması və yayılması: Azərbaycan doğrumu qərar verdi?
    Hicabın yaranması və yayılması: Azərbaycan doğrumu qərar verdi?
  • 
  • Azərbaycanla Ermənistanın qarşısını müharibə alırdı - Yeni dönəmdə MDB-də nələr dəyişəcək?
    Azərbaycanla Ermənistanın qarşısını müharibə alırdı - Yeni dönəmdə MDB-də nələr dəyişəcək?
  • 
  • Baba Vəziroğlu: "Çinqaçuklar" bəyəm məktəbə dəbilqə ilə, əlində nizə ilə gəlməlidirlər?"
    Baba Vəziroğlu: "Çinqaçuklar" bəyəm məktəbə dəbilqə ilə, əlində nizə ilə gəlməlidirlər?"
  • 
  • Xalqımızın milli kimliyini və özünəməxsusluğunu yaşadan dəyər - Kəlağayı
    Xalqımızın milli kimliyini və özünəməxsusluğunu yaşadan dəyər - Kəlağayı
  • 
  • KREDİT FAİZLƏRİ İLƏ BAĞLI MEYAR DƏYİŞDİ - Kazımov qərar imzalayıb + VİDEO
    KREDİT FAİZLƏRİ İLƏ BAĞLI MEYAR DƏYİŞDİ - Kazımov qərar imzalayıb + VİDEO
  • 
  • Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
    Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
  • 
  • Hikmət Babaoğlu: "Türkiyə və Azərbaycan liderləri qardaşlığın əsas simvollarıdır" - Foto
    Hikmət Babaoğlu: "Türkiyə və Azərbaycan liderləri qardaşlığın əsas simvollarıdır" - Foto
  • 
  • Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır
    Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Son xəbərlər :
  • UEFA Çempionlar Liqası: "Sabah" "Vikinq"ə uduzdu
  • "Liverpul" Türkiyədə büdrədi, "Fənərbağça"dan vacib qələbə
  • Şəhid Bilal Qənbərovun son arzusu: "Şuşaya bayraq sancıb qayıdacağam" - Video
  • Azərbaycanda evli direktor müavini sevgilisi tərəfindən şantaj edildi - Təfərrüat
  • Polad Həşimovun anasının səhhətində problem yarandı: Təcili xəstəxanaya yerləşdirildi
  • Azərbaycanda ova gedən restoran sahibinin meyiti tapıldı
  • Bəzi tibb müəssisələrinin rəhbərlərinə xəbərdarlıq edildi: Vəzifələrindən azad olunacaqlar?
  • Qazaxda 8 Noyabr - Zəfər Gününə həsr olunmuş “Dünyaya günəş kimi doğan Azərbaycan” mövzusunda tədbir keçirilib
  • Fermerlərin və əkin sahələri olanların diqqətinə: Dəstək artırılır
  • Peskov Əbu-Dabidəki üçtərəfli görüşlə bağlı detalları açıqladı
  • Büdcəyə bu vergidən daxilolmalar azalacaq
  • Biz əməkdaşlığa can atırıq - Putin
  • Rusiya bizim də tələbləri nəzərə almalıdır - Kallas
  • Azərbaycanda təbii qaz hasilatında artım
  • Vətən müharibəsi şəhidi gizir Amid Məmmədovun ildönümündə əziz xatirəsi ehtiramla yad edilib
  • Valideyn qocalanda övlad baxmaq istəmirsə, cəzası varmı? - ARAŞDIRMA
  • Vətən müharibəsi şəhidi Babək Həsənovun ildönümündə əziz xatirəsi ehtiramla anılıb
  • Qazaxda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş ağacəkmə aksiyası keçirilib
  • UEFA Gənclər Liqası: “Qarabağ” mübarizəni dayandırdı
  • TTM-də 200 minlik mənimsəmə: Polkovnikin və digərlərinin məhkəməsi başladı
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

“Mən hara, rayon hara?” - 2 mindən artıq müəllim yeri 3 ildən artıqdır niyə seçilmir?

  • Tarix: 5-10-2024, 13:35

Aktrisanın təbəssümü” televiziya filmi 1974-cü ildə çəkilib. Xalq artisti Nəsibə Zeynalovaya həsr olunan bioqrafik komediyanın süjet xəttində yer alan hadisə üstündən əlli il keçsə də, günümüzü olduğu kimi əks etdirir: aktrisanın ali məktəbi bitirib Masallıya təyinat alan qızı “Mən hara, rayon hara?”- deyə göz yaşları içində rayon məktəbində işləməkdən imtina edir. Rayonda işləməyə təkcə, ali məktəbi bitirən gənc qız deyil, anası və qohumları da kəskin etiraz edirlər...

Bu günlərdə “Müəllimlərin işə qəbulu üzrə müsabiqədə 2 mindən artıq yerin 3 ildir seçilməməsi” ilə bağlı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin açıqlaması da bu tip yanaşmaların yaratdığı problemdir. Belə ki, MİQ imtahanının nəticələrinə görə, artıq illərdir yüksək nəticə göstərən müəllimlər Bakı və ətraf ərazilərdəki məktəblərə üstünlük verirlər. Vakant yerlər isə ucqar rayonlarda olan məktəbləri, rus bölməsində olan bəzi fənləri əhatə edir: “Ən azından 40 balı keçən namizədlər həmin 2 min vakant yerə müraciət etsə idilər, işə qəbul oluna bilərdilər. Təcrübə göstərir ki, bu müəllimlərdən yüksək bal toplayanlar Bakı şəhərində, daha az bal toplayanlar isə bölgələrdə fəaliyyətə başlayır və ya bölgələrdəki vakant yerlərini seçən şəxslər sonradan həmin iş yerindən imtina edirlər”.
Xatırladaq ki, dövlət ucqar rayonlarda çalışan müəllimlər üçün müxtəlif güzəştlər tətbiq edib. Bəs müəllimləri ucqar kəndlərdən və bölgələrdən qaçmağa nə məcbur edir?

Məsələyə münasibətdə ekspertlərin fikirləri də maraq doğurur:

Həvəsləndirici paketlər olmalıdır

Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü Pərvanə Bayramova hesab edir ki, ilk növbədə müəllimləri bölgələrə getməyə həvəsləndirən sosial imtiyaz paketləri olmalıdır: “Bu problem hər zaman var və kompleks yanaşma tələb edir. Həvəsləndirici paketlər olmalıdır ki, gənc qadınlar, ailə cütlükləri ucqar məktəblərdə işləməyə getsinlər. Digər tərəfdən, bölgələrdə çalışan müəllimlərin özlərini inkişaf etdirmələrinə dəstək olunmalıdır”. İŞ üzvünün fikrincə, hələ tələbəlik dövründə regionlarda işləmək mədəniyyətini gənclərdə inkişaf etdirmək lazımdır: “Hesab edirəm ki, ali məktəblərdə tələbələr müəllim kimi hazırlanan vaxt bu mədəniyyət də onlarda formalaşmalıdır ki, onlar ucqar yerlərdə işləməkdən imtina etməsinlər. Yerlərdə qazanılan təcrübənin daha əhəmiyyətli olduğunu onlara başa salmaq lazımdır”.

Sosial imtiyazların artırılmasına ehtiyac var

“Müəllimlərin böyük əksəriyyəti qadınlardır. Xüsusən də, gənc və yeni ailə quran qadınlardır. Onlar üçün belə vəziyyətdə ucqar kəndlərdə işləmək ciddi problem yaradır. Bəzən ailələri, valideynləri icazə vermir. Kişi müəllimlər isə yüksək əmək haqqı marağındadırlar”, - deyə Əməkdar müəllim, Amonaşvili Humanist Pedaqogika Akademiyasının professoru Asif Cahangirov məsələyə münasibət bildirir. Ekspert hesab edir ki, Elm və Təhsil Nazirliyi ucqar kəndlərdə və ümumən kənd yerlərində işləyən müəllimlər, təhsil işçiləri haqqında ciddi düşünməli, yeni seçilmiş Milli Məclis isə bunun qanunvericilik bazasını müəyyənləşdirməlidir: “Yerli sakin olmayan müəllimlər üçün əhəmiyyətli dərəcədə rəğbətləndirmə tədbirləri nəzərdə tutulmalıdır. Hesab edirəm ki, onların əmək haqqı bir neçə dəfə artırılmalı, sosial imtiyazlar müəyyən olunmalıdır. Mənzil şəraiti ilə bağlı məsələlər də həll olunmalıdır. Əgər bu məsələlər həll olunsa, sözsüz ki, yüksək bal toplayan müəllimlərin bir qismi kənddə, rayonda işləməyə həvəsli olarlar”. Ekspertin fikrincə, ümumi təhsilin keyfiyyəti baxımından hazırda Azərbaycanda ən vacib problemlərdən biri kənd məktəbləri ilə şəhər məktəbləri arasındakı kəskin fərqin aradan qaldırılmasıdır: “Təsəvvür edin, Finlandiyada kənd məktəbləri ilə şəhər məktəbləri arasında keyfiyyət baxımından fərq cəmi 7 faiz təşkil edir. Bir neçə il əvvəl inkişaf etmiş Almaniyada bu fərq 42-47 faiz təşkil edirdi. Bizdə, bəlkə də, bu fərq 80 faizdən də çoxdur. Kənd məktəblərində nə qədər yüksək intellektli şagirdlərin istedadı məhv olur. Çünki onlar keyfiyyətli təhsil görmürlər. O məktəblərdə zəif müəllimlərin sayı həddindən artıq çoxdur. Həmin məktəblərə güclü müəllimlər göndərilməlidir. Bunun üçün kənd yerlərinə müasir hazırlığa malik müəllimlər gəlməli və onların fəaliyyəti əhəmiyyətli dərəcədə stimullaşdırılmalıdır”.

Rayonlardakı məktəblərin çoxunda şərait yoxdur

ADPU-nun Məktəbəqədər Təhsilin Pedaqogikası kafedrasının baş müəllimi Xalidə Həmidova hesab edir ki, gənclər ali məktəbi bitirdikdən sonra çox vaxt paytaxtın ab-havasından qopmaq, şəhərdən getmək istəmirlər: “Biz tələbələrə bu sualı verəndə çoxunda Bakıda qalma həvəsinin olduğunu müşahidə edirik. Rayonlarda iş yerlərinin az olması və ya prioritetli olmamasını bildirir, bu istiqamətdə inkişafın o qədər də fayda verməyəcəyini düşünüb getmək istəmirlər. Bəziləri magistratura təhsilini davam etdirmək üçün qalır. Ondan sonra da regionlara geri dönmək istəmirlər. Bu da nəinki bağça və məktəblərdə, ümumiyyətlə bir çox sahələrdə problemlər yaradır”. X.Həmidova hesab edir ki, bu məsələdə “regionlarda müəllim nə qədər inkişaf edə bilir?”, “prosesdə nə qədər faydalı ola bilir?” kimi inkişaf tendensiyasına baxmaq lazımdır. Həmçinin, sosial imtiyazlara nəzər salmağa da ehtiyac var: “Müəyyən güzəştlər olmalıdır. Hesab edirəm ki, regionlardakı məktəblərin inkişaf tendensiyası artırılsa, oradakı şərait düzəlsə, işləmək istəyənlər olacaq. Bilirsiniz ki, ucqar kəndlərdə məktəblərin çoxunda şərait yoxdur. Onlar üçün şərait yaradılsa, inkişafları üçün təlimlər keçirilsə, konfranslar və s. təşkil olunsa, problemin həllində daha uğurlu nəticə əldə etmiş olarıq”.


Oxunub: 477
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Bu gün, 01:31 | UEFA Çempionlar Liqası: "Sabah" "Vikinq"ə uduzdu
    Bu gün, 01:04 | "Liverpul" Türkiyədə büdrədi, "Fənərbağça"dan vacib qələbə
    Bu gün, 01:01 | Şəhid Bilal Qənbərovun son arzusu: "Şuşaya bayraq sancıb qayıdacağam" - Video
    Bu gün, 00:57 | Azərbaycanda evli direktor müavini sevgilisi tərəfindən şantaj edildi - Təfərrüat
    Dünən, 22:54 | Polad Həşimovun anasının səhhətində problem yarandı: Təcili xəstəxanaya yerləşdirildi
    Dünən, 22:52 | Azərbaycanda ova gedən restoran sahibinin meyiti tapıldı
    Dünən, 22:50 | Bəzi tibb müəssisələrinin rəhbərlərinə xəbərdarlıq edildi: Vəzifələrindən azad olunacaqlar?
    Dünən, 22:48 | Qazaxda 8 Noyabr - Zəfər Gününə həsr olunmuş “Dünyaya günəş kimi doğan Azərbaycan” mövzusunda tədbir keçirilib
    Dünən, 22:21 | Fermerlərin və əkin sahələri olanların diqqətinə: Dəstək artırılır
    Dünən, 21:10 | Peskov Əbu-Dabidəki üçtərəfli görüşlə bağlı detalları açıqladı
    Dünən, 21:02 | Büdcəyə bu vergidən daxilolmalar azalacaq
    Dünən, 20:57 | Biz əməkdaşlığa can atırıq - Putin
    Dünən, 20:49 | Rusiya bizim də tələbləri nəzərə almalıdır - Kallas
    Dünən, 20:46 | Azərbaycanda təbii qaz hasilatında artım
    Dünən, 20:24 | Vətən müharibəsi şəhidi gizir Amid Məmmədovun ildönümündə əziz xatirəsi ehtiramla yad edilib
    Dünən, 19:43 | Valideyn qocalanda övlad baxmaq istəmirsə, cəzası varmı? - ARAŞDIRMA
    Dünən, 19:39 | Vətən müharibəsi şəhidi Babək Həsənovun ildönümündə əziz xatirəsi ehtiramla anılıb
    Dünən, 19:16 | Qazaxda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş ağacəkmə aksiyası keçirilib
    Dünən, 19:02 | UEFA Gənclər Liqası: “Qarabağ” mübarizəni dayandırdı
    Dünən, 18:58 | TTM-də 200 minlik mənimsəmə: Polkovnikin və digərlərinin məhkəməsi başladı
    Dünən, 18:54 | Maştağada müalicə alan xəstələri ələ salan şəxslər cəzalandırıldı
    Dünən, 18:52 | KTMT Ermənistanın hüquqlarını dondurmağa hazırlaşır - İrəvan isə təşkilatdan uzaqlaşır
    Dünən, 18:51 | Prezident İlham Əliyevə təbriklər gəlir - Yenilənir
    Dünən, 18:11 | Dövlət xidməti yeni internet tariflərini təsdiqlədi - SİYAHI
    Dünən, 16:57 | Nazirlik: Sosial şəbəkələrdə müavinət artımları ilə bağlı paylaşılan konkret məbləğlər yekun xarakter daşımır
    Dünən, 16:49 | Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya çatdıran qadın kimdir? - FOTO
    Dünən, 16:44 | Prezidentə təbriklər davam edir
    Dünən, 16:41 | Tiflisdə telekanal binası yanır - Foto
    Dünən, 14:33 | Avtovağzal və avtostansiyalar gücləndirilmiş iş rejiminə keçir
    Dünən, 14:31 | Bakıda BMV klinikaya çırpıldı - Foto
    Dünən, 14:30 | Gələn il pensiyalar neçə faiz artacaq?
    Dünən, 13:51 | "Qazlaşdırılmayan kəndlərə görə meşələr qırıla bilər" - Deputatdan xəbərdarlıq
    Dünən, 13:06 | 2027-ci ildə orta illik inflyasiya... - Nazir
    Dünən, 13:05 | Makler qadının 163 min manatını ələ keçirdi
    Dünən, 13:03 | Yağış yağacaq, temperatur 10 dərəcə düşəcək – Xəbərdarlıq
    Dünən, 12:10 | Ağstafada bilik yarışı keçirilib
    Dünən, 11:20 | Ağstafada “Tarix yazan qəhrəmanlar” adlı ümumrayon tədbiri keçirildi - Fotolar
    Dünən, 11:07 | Qazaxda bıçaqlanan kişi Səməd Vurğunun qohumudur - Təfərrüat
    Dünən, 07:54 | Bu, insanı qocaldır - Diqqət!
    Dünən, 07:53 | Bu gün üç rayonda qaz olmayacaq
    3-11-2026, 23:42 | UEFA Çempionlar Liqası: "Qalatasaray" "Ştutqart"ı məğlub etdi
    3-11-2026, 22:48 | "Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
    3-11-2026, 21:38 | Gəncədə 88 yaşlı qadın qətlə yetirildi: Bacısı oğlu saxlanıldı
    3-11-2026, 21:34 | Füzuli Memorial Kompleksin tikintisi 13.1 milyon manata başa gələcək
    3-11-2026, 21:28 | İcra başçısı ixtisarlara başladı: Birinci müavin vəzifəsindən azad edildi
    3-11-2026, 21:23 | Saleh Məmmədovun yaratdığı idarələr ləğv olunur: Milyonlar...
    3-11-2026, 21:20 | Şirvanın Vüqarı
    3-11-2026, 21:17 | “Qalatasaray” “Ştutqart”a qarşı - Start heyətlər
    3-11-2026, 21:12 | İstanbulda Heydər Əliyev parkının sökülməsi ilə bağlı iddialar dezinformasiyadır: Rəsmi - Foto
    3-11-2026, 21:09 | QURU SƏRHƏDLƏR AÇILSA, QİYMƏTLƏR UCUZLAŞACAQ? - İqtisadçıdan AÇIQLAMA
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.