Quba, Xaçmaz və Şabran gəncləri üçün bir sıra fəaliyyyətlər icra olunub
Gənclərin İnkişaf və Karyera Mərkəzinin Quba-Xaçmaz regional nümayəndəliyi və bölmələri tərəfindən sentyabr ayı üzrə bir sıra fəaliyyətlər həyata keçirilib. Şəxsi inkişaf və karyera quruculuğu istiqamətləri üzrə Quba, Xaçmaz və Şabranda “Youth start”, “Karyera akademiyası”, “Makah balina ovu” simulyasiyasıkimi layihələr icra olunub. Layihələr“Komandada işləmə bacarığı”, “Karyera planlaması”, “CV-nin hazırlanması”,“İstək məktubunun hazırlanması”, “Müsahibəyə hazırlıq”, “Ətraf mühitin qorunması”, “Tənqidi düşüncə” və “Açıqfikirlilik” mövzuları əhatə edib.Gənclər üçün eyni zamanda “Təcrübə üçün səfər et” layihəsi çərçivəsində Şabran Tarix-Diyarşünaslıq Muzeyi və Quba Olimpiya və İdman Kompleksinə infoturlar təşkil olunub. Qubada “Yaşıl dünya naminə həmrəylik ilin”nə həsr olunmuş “Eko sənət palitrası”adlı, özündə rəsm, eko-çanta və daş boyama vörkşoplarını, həmçinin dostluq qolbağının hazırlanması fəaliyyətini birləşdirən layihə baş tutub. Layihənin məqsədi gənclərdə incəsənətə maraq yaratmaq, rəsm, əl işləri və incəsənət yönümlü digər istedad və bacarıqları olan gəncləri önə çıxarmaq, sosiallaşmalarını təmin etməkdən ibarət olub. GİKM-in Quba-Xaçmaz regional nümayəndəliyi və bölmələrində 27 Sentyabr – Anım Günü ilə bağlı Şəhidlər xiyabanını ziyarət, dəyirmi masa ətrafında görüş və şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş sənədli, qısametrajlıfilmlər nümayiş olunub. Ayərzində gənclər üçün Quba, Xaçmaz və Şabranda asudə vaxtın səmərəli təşkili məqsədilə “Təbiətin açarı” “Axtar tap” formatında intellektual və “Musiqi irsimizin izində” adlı musiqili yarışlar keçirilib, müxtəlif janrlarda filmlər nümayiş olunub. Ümumilikdə Quba, Xaçmaz və Şabran rayonları üzrə ay ərzində 18fəaliyyət çərçivəsində 400-dən çox gənc əhatə olunub.