Bakıda bitum daşıyan yük maşını aşdı, yol bağlandı - FOTO
Sabunçu rayonu, Ziya Bünyadov prospekti, Bakı Olimpiya Stadionunun yaxınlığında bitum daşıyan yük maşını aşıb. DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Mediaxeberleri.Az-a verilən məlumata görə, hadisə nəticəsində avtomobildə olan maye yola dağılıb. Qeyd olunub ki, nəqliyyat vasitələrinin təhlükəsizliyini təmin etmək məqsədilə metronun "20 Yanvar" stansiyası istiqamətində avtomobillərin hərəkətinə məhdudiyyət tətbiq edilib.
 


 
 
Oxunub: 286
 
  
  	Xəbəri paylaş
	
			
		 
Paylaş: 
 
   
 
   
   
 






















