UEFA Avropa Liqası: "Qarabağ" "Tottenhem"ə məğlub olub
"Qarabağ" UEFA Avropa Liqasında İngiltərənin "Tottenhem" klubuna məğlub olub. Mediaxeberleri.Az xəbər verir ki, "Tottenhem Hotspur" stadionunda keçirilən Liqa mərhələsinin I turunun oyunu meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Matçda hesabı 12-ci dəqiqədə Brennan Conson açıb. 53-cü dəqiqədə Pap Matar Sarr hesab arasındakı fərqi iki topa çatdırıb. Qarşılaşmada yekun hesabı isə 69-cu dəqiqədə adını tabloya yazdıran Dominik Solanke müəyyənləşdirib. Qeyd edək ki, görüşün 7-ci dəqiqəsində londonlular Radu Drequşinin qırmızı vərəqə almasının ardından meydanda azlıqda qalıb. 58-ci dəqiqədə isə "köhlən atlar"dan Toral Bayramov penalti zərbəsindən yararlana bilməyib.
Oxunub: 219
Xəbəri paylaş
Paylaş: