Bir şagirdin məktəbə getməsi neçəyə başa gəlir? - ARAŞDIRMA (VİDEO)
Sentyabrın 16-da Azərbaycanda orta məktəblərdə yeni dərs ili başlayır. Məktəblərin açılması şagirdləri sevindirsə də, bazarda məktəb ləvazimatlarının qiyməti valideynləri daha çox maraqlandırır. Bəs görəsən, bir şagirdi məktəbə yola salmaq neçəyə başa gəlir? Mediaxeberleri.Az xəbər verir ki, Manset.az bir uşağın məktəbə göndərilməsinin neçəyə başa gəldiyini araşdırıb. Ölkəmizdə məktəbli formalarının istehsalı ilə məşğul olan Bakı Tikiş Evinin Satış Şöbəsinin direktoru Etibar Əzimov Manset.az-a açıqlamasında bildirib ki, bu il məktəbli geyimlərinə 20 faiz endirim olunub. Şalvar və ətəklər 20 manat, köynəklər isə 12 manata satılır. Çantların qiymətləri də çeşidləri kimi müxtəlifdir. Keyfiyyətindən, böyük və kiçikliyindən asılı olaraq qiymətlər 10 manatdan 100 manata qədər dəyişir. Məktəbli ləvazimatları bazarına gəldikdə, qələmlər qiyməti 10 qəpikdən 1 manata qədər, dəftərlər 15 qəpikdən 1-2 manata qədər, rəngli karandaşlar 1 manatdan 8 manata qədər müxtəlif qiymətlərdə satılır. Araşdırma apararkən məlum olur ki, orta qiymətlərə üstünlük verərək məktəbli bazarlığı etsək, bir uşağın məktəbə yola salınması valideynə orta hesabla 200-300 manata başa gəlir. Daha ətraflı videomaterialda: