Bu gün Azərbaycan millisi Millətlər Liqasında mübarizəyə başlayacaq.
Mediaxeberleri.Azxəbər verir ki, C liqasının 1-ci qrupunda yer alan komanda 1-ci turda İsveçlə qarşılaşacaq. Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüş saat 20:00-da start götürəcək. Matçı Macarıstandan olan hakimlər briqadası idarə edəcək.
Bu, Azərbaycan millisinin Fernandu Santuşun baş məşqçiliyi altında çıxacağı ilk oyundur.
Qeyd edək ki, Azərbaycan millisi növbəti görüşünü sentyabrın 8-də səfərdə Slovakiyaya qarşı keçirəcək.
Millətlər Liqası
C liqası
I qrup, I tur
5 sentyabr
20:00. Azərbaycan - İsveç - 1:3
Qollar: Aleksandr İsak, 65 (0:1), Aleksandr İsak, 71 (0:2), Viktor Qyökeres, 80 (0:3), Renat Dadaşov, 81 (1:3)
Ehtiyat oyunçular: Rza Cəfərov, Yusif İmanov, Amin Seydiyev, Şəhriyar Əliyev, Emil Mustafayev, Ozan Can Kökçü, Rahil Məmmədov, Rüstəm Əhmədzadə, Elvin Camalov, Ceyhun Nuriyev, Nəriman Axundzadə, Xəyal Nəcəfov.
Baş məşqçi: Fernandu Santuş.
İsveç: 12. Viktor Yohansson, 6. Lüdviq Auqustinsson, 4. İsak Hien, 2. Aleks Duqlas, 3. Linus Valqvist, 18. Yasin Ayari, 19. Mattias Svanberg, 11. Antoni Elanqa, 9. Aleksander İsak, 21. Deyan Kuluşevski, 17. Viktor Qyökeres.