Войти

Azərbaycan itkin düşmüş şəxslərlə bağlı BMT-yə çağırış etdi

Siyasi analitik yazılar

Birləşmiş Millətlər Təşkilatı (BMT) və digər müvafiq beynəlxalq təşkilatlar öz mandatları çərçivəsində itkin düşmüş şəxslərlə bağlı axtarışların aparılması, məlumat mübadiləsinin asanlaşdırılması, məhkəmə-tibb ekspertizasının inkişaf etdirilməsi və zərərçəkmiş ailələrə dəstəyin artırılmasında daha fəal rol oynamalıdırlar.

Mediaxeberleri.Az xəbər verir ki, bunu BMT Baş Assambleyasının 81-ci sessiyasının üçüncü komitəsinin Məcburi Yoxa Çıxmalar üzrə Komitənin sədri ilə interaktiv dialoq zamanı Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin birinci katibi Şəhriyar Hacıyev deyib.

Diplomat qeyd edib ki, itkin düşmüş şəxslər məsələsi silahlı münaqişələrin ən ciddi narahatlıq doğuran məsələlərindən biridir və bütün dünyada müxtəlif regionlarda insan həyatına təsir göstərən qlobal çağırış kimi nəzərdən keçirilməlidir.

"Bu baxımdan, itkin düşmüş şəxslərin taleyi post-münaqişə dövründə Azərbaycan üçün ən mühüm prioritetlərdən biri olaraq qalır. Keçmiş münaqişə ilə əlaqədar olaraq 4000-dən çox şəxs itkin düşmüş kimi qeydiyyata alınıb.

Eyni zamanda, münaqişə başa çatdıqdan bəri 253 nəfərin qalıqlarının olduğu 32 kütləvi məzarlıq aşkar edilib. Bu məzarlıqlar mülki şəxslərin və beynəlxalq humanitar hüquqla qorunan digər şəxslərin qəsdən öldürülməsinin əlavə sübutunu təqdim edir", - Ş. Hacıyev deyib.

Onun sözlərinə görə, dəfn yerləri, xüsusən də kütləvi məzarlıqlar barədə bütün zəruri məlumatların verilməsi, arxivlərin açılması və şahid ifadələrinin toplanması itkin düşmüş şəxslərin ailələrinin bilmək hüququnun həyata keçirilməsi üçün görülməli olan tədbirlər sırasındadır:

"İtkin düşmüş şəxslərlə bağlı bütün müvafiq məlumatların ötürülməsi qanuni öhdəlik və humanitar məsuliyyət olmaqdan əlavə, sülhə sadiqliyin əməli nümayişi kimi xidmət edəcək və qarşılıqlı etimadın möhkəmləndirilməsinə töhfə verəcək".

Paşinyan işğal siyasətindən əl çəkməyib – Bu da sübut

Siyasi analitik yazılar

Ermənistan 2020-ci il kapitulyasiyasından uzaqlaşdıqca ölkənin siyasətində bir məqamı açıq şəkildə ortaya qoyan meyillər güclənir: İrəvan kapitulyasiya nəticəsində üzərinə götürdüyü öhdəliklərdən yayınmağa çalışır.

Mediaxeberleri.Az xəbər verir ki, bunu Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov “Vesti.az”a deyib.

“Hətta indi də orada bunun kapitulyasiya deyil, atəşkəs haqqında saziş olduğunu sübut etməyə çalışırlar. Amma bütün bunlar, əlbəttə ki, cəfəngiyatdır. Niyə? Çünki İrəvan əsas şərti yerinə yetirib: noyabrın 10-da əldə olunmuş razılaşmaların icrası çərçivəsində məlum rayonları boşaldıb. Həmin rayonların ümumi ərazisi Azərbaycan Ordusunun döyüşlər zamanı azad etdiyi ərazilərdən daha böyükdür. Bundan əlavə, Ermənistana qalan hərbi texnikasını çıxarmaq imkanı da verildi. Yəni bu, hərbi-texniki tədbirlərin həyata keçirilməsinin klassik nümunəsidir, bu zaman uduzan tərəf qalibin tələblərini yerinə yetirir. Bu isə kapitulyasiya adlanır.

Ermənistan siyasi müstəvidə Azərbaycan əleyhinə ərazi iddialarını ehtiva edən müddəaları Konstitusiyasından və parlamentin bir sıra qərarından çıxarmaq istəmir. Üstəlik, bu gün Almatı bəyannaməsindən danışarkən, onun parlament tərəfindən təsdiqi çərçivəsində qəbul edilmiş dəyişiklikləri ləğv etmək istəmir. Onlar bunu belə istəmirlər. Biz bu qərarlardan uzaqlaşmaq istəyi görürük. Paşinyan sülhdən çox danışır, amma bu və ya digər şəkildə öhdəliklərindən geri çəkilməyə cəhd edir. Açıq desək, bu, çox təhlükəli bir yoldur. Konfrontasiya yolunun seçilməsi, mahiyyət etibarilə, yalnız bir məna daşıyır: qarşıdurmanın davam etdirilməsi. Münaqişə artıq hərbi sahədən digər - hüquqi, ideoloji, təbliğat və s. sahələrə keçib. Bu o deməkdir ki, təcavüzkar siyasət elementləri Ermənistanın siyasi gündəliyində qalmaqdadır”, - o bildirib.

Sahibə Qafarova Qırğızıstan prezidenti ilə görüşdü

Siyasi analitik yazılar

Qırğızıstan Prezidenti Sadır Japarov bu gün Bişkekdə Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarovanı qəbul edib.

Mediaxeberleri.Az xəbər verir ki, bu barədə Qırğızıstan Prezident Administrasiyası məlumat yayıb.

Görüş zamanı tərəflər Qırğızıstan-Azərbaycan əməkdaşlığının ticarət-iqtisadi, investisiya, energetika və nəqliyyat sahələrində gələcək inkişaf perspektivlərini müzakirə ediblər.

Dövlət başçısı Qırğızıstanla Azərbaycan arasında müttəfiqlik münasibətlərinin xüsusi xarakterini vurğulayaraq, əldə olunmuş razılaşmaların ardıcıl şəkildə həyata keçirilməsinin vacibliyini qeyd edib. O, bu ilin iyul ayında Azərbaycanın Prezidenti İlham Əliyevin Qırğızıstana dövlət səfəri zamanı imzalanmış Müttəfiqlik münasibətləri haqqında Müqavilənin icrasının əhəmiyyətinə xüsusi diqqət çəkib.

Öz növbəsində, Sahibə Qafarova Sadır Japarova və qırğız xalqına İlham Əliyevin salamlarını və xoş arzularını çatdırıb.

Milli Məclisin sədri ikitərəfli münasibətlərin, o cümlədən parlamentlərarası əməkdaşlığın dinamik inkişaf etdiyini bildirib və iki ölkə arasında əməkdaşlığın daha da möhkəmləndirilməsinin vacibliyini vurğulayıb.

Polşa Azərbaycanı strateji tərəfdaşlar siyahısına daxil etdi

Siyasi analitik yazılar

Azərbaycan Polşa Xarici İşlər Nazirliyi tərəfindən təqdim olunan strateji tərəfdaşlar siyahısına daxil edilib.

Mediaxeberleri.Az bu barədə "Defence24" portalına istinadən xəbər verir.

Məlumata əsasən, strateji tərəfdaş statusu Polşanın xarici siyasəti üçün xüsusi əhəmiyyət kəsb edən əməkdaşlığı, həmçinin beynəlxalq məsələlərdə və təhlükəsizlik sahəsində fəaliyyətlərin birgə koordinasiyasını nəzərdə tutur.

Siyahıda Azərbaycanla yanaşı ABŞ, Kanada, Ukrayna, Türkiyə, Çin, Cənubi Koreya, Yaponiya, Hindistan, Fransa, Böyük Britaniya, İsveç, Rumıniya, Nigeriya və Seneqal da yer alıb.

İlham Əliyev: "Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır" - Video

Siyasi analitik yazılar

Azərbaycan Prezidenti İlham Əliyevin sosial media hesablarında Vətən müharibəsi ilə bağlı videoçarx paylaşılıb.

Mediaxeberleri.Az xəbər verir ki, paylaşımda deyilir:

"Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır".

Azərbaycanın yeni səhiyyə nazirinin dosyesi

Siyasi analitik yazılar

Prezident İlham Əliyevin sərəncamı ilə Anar Məhərrəm oğlu Bayramov səhiyyə naziri təyin edilib.

Mediaxeberleri.Az Anar Bayramovun dosyesini təqdim edir:

Anar Bayramov 1975-ci ildə anadan olub.

Azərbaycan Tibb Universiteti və Azərbaycan Dövlət İqtisad Universitetlərini bitirib. 2003-cü ildən tibb üzrə fəlsəfə doktorudur.

2021-ci ildən əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri, nazirliyin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri vəzifələrində çalışıb.

Həmçinin əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini olub.

Eyni zamanda, 2006-2014-cü illərdə Azərbaycan Sığortaçılar Assosiasiyasının Tibbi Sığorta Komitəsinin sədri, 2012-2017-ci illərdə Xəzər-Avropa Maliyyə Klubunun (CEİBC) prezidenti kimi çalışıb. 2023-cü ildən Azərbaycan Respublikası Deflimpiya Komitəsinin Sədri, 2025-ci ildən Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi Baş Məclisinin üzvüdür.

Bu təyinata qədər TƏBİB-in icraçı direktoru olub.

Anar Bayramov nazir təyin olundu - Sərəncam

Siyasi analitik yazılar

Anar Məhərrəm oğlu Bayramov Azərbaycan Respublikasının səhiyyə naziri təyin edilib.

Mediaxeberleri.Az President.az-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Qeyd edək ki, A.Bayramov bu təyinata qədər TƏBİB-in icraçı direktoru olub.

TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildi - Prezidentdən fərman

Siyasi analitik yazılar

Prezident İlham Əliyev Səhiyyə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bir sıra tədbirlər haqqında Fərman imzalayıb.

Mediaxeberleri.Az bununla bağlı President.az-a istinadən xəbər verir.

Fərmanla "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" publik hüquqi şəxs Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyinə verilib.

Müəyyən edilir ki, publik hüquqi şəxsin hüquq və öhdəlikləri, habelə əmlakı Nazirliyin tabeliyində "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" publik hüquqi şəxsə keçir. TƏBİB-in nizamnamə fondu publik hüquqi şəxsin əmlakı hesabına formalaşır.

TƏBİB "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı günədək publik hüquqi şəxs fəaliyyətini davam etdirir və onun Müşahidə Şurasının səlahiyyətlərini Nazirliyin yaratdığı komissiya həyata keçirir.

TƏBİB-in fəaliyyətinə cari rəhbərliyi Nazirlik tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən sədr və onun 4 müavinindən ibarət İdarə Heyəti həyata keçirir.

Ərdoğan Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib - FOTO

Siyasi analitik yazılar

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib.

Mediaxeberleri.Az bildirir ki, Ərdoğan bu barədə “X” sosial şəbəkəsində paylaşım edib.

“Dost və qardaş Azərbaycanın Müstəqilliyin Bərpası Gününü ölkəm və xalqım adından ürəkdən təbrik edirəm.

Azərbaycan Prezidenti, qardaşım İlham Əliyevə, kədərdə və sevincdə hər zaman bir olduğumuz azərbaycanlı qardaşlarıma salamlarımı çatdırıram”, – paylaşımda qeyd olunub.

В будущее В прошлое

Навигация