Mediaxeberleri.az
    
  • Şəhid anası 21 ildir mənzil növbəsindədir: "Öz evimdə yaşamaq istəyirəm" - Video
    Şəhid anası 21 ildir mənzil növbəsindədir: "Öz evimdə yaşamaq istəyirəm" - Video
  • 
  • Kiçik pomidorlarda böyük təhlükə!
    Kiçik pomidorlarda böyük təhlükə!
  • 
  • Türkiyə Fələstin prezidentinin yunanlarla qucaqlaşmasına niyə səssiz qalır?
    Türkiyə Fələstin prezidentinin yunanlarla qucaqlaşmasına niyə səssiz qalır?
  • 
  • "Büdcədən pul ayrılıb və o pul yeyilib" - ETİRAZ VAR!
    "Büdcədən pul ayrılıb və o pul yeyilib" - ETİRAZ VAR!
  • 
  • Azərbaycan öz addımlarını bu güclərin mövqeyi ilə uyğunlaşdırmaq məcburiyyətindədir...
    Azərbaycan öz addımlarını bu güclərin mövqeyi ilə uyğunlaşdırmaq məcburiyyətindədir...
  • 
  • "Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
    "Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
  • 
  • "44" filmi Azərbaycanın kino tarixinə rekordla düşdü - Foto
    "44" filmi Azərbaycanın kino tarixinə rekordla düşdü - Foto
  • 
  • Son 120 ilin ən uğurlu layihəsi Bakıda… - İnfantino
    Son 120 ilin ən uğurlu layihəsi Bakıda… - İnfantino
  • 
  • Bulvar dənizdən 30 kilometr aralı qala bilər - Foto
    Bulvar dənizdən 30 kilometr aralı qala bilər - Foto
  • 
  • VƏZİFƏLİ ŞƏXSLƏRİN GİZLİ BİZNESLƏRİ... – Yeni qanun nəyi dəyişəcək?
    VƏZİFƏLİ ŞƏXSLƏRİN GİZLİ BİZNESLƏRİ... – Yeni qanun nəyi dəyişəcək?
  • 
  • Masaj salonunun sahibəsindən 30 min tələb etdi: hökm oxundu
    Masaj salonunun sahibəsindən 30 min tələb etdi: hökm oxundu
  • 
  • Məktəblərdə geyim: bütün suallara aydınlıq gətirildi - RƏSMİ
    Məktəblərdə geyim: bütün suallara aydınlıq gətirildi - RƏSMİ
  • 
  • Saleh Məmmədovun yaratdığı idarələr ləğv olunur: Milyonlar...
    Saleh Məmmədovun yaratdığı idarələr ləğv olunur: Milyonlar...
  • 
  • Mənimsəmə işi: Etibar Pirverdiyevin maaşı şoka saldı
    Mənimsəmə işi: Etibar Pirverdiyevin maaşı şoka saldı
  • 
  • TTM-də 200 minlik mənimsəmə: Polkovnikin və digərlərinin məhkəməsi başladı
    TTM-də 200 minlik mənimsəmə: Polkovnikin və digərlərinin məhkəməsi başladı
  • 
  • PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
    PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
  • 
  • Qorxmaz Hüseynovun dövründəki milyonluq mənimsəmələr üzə çıxdı
    Qorxmaz Hüseynovun dövründəki milyonluq mənimsəmələr üzə çıxdı
  • 
  • Qazax Dövlət Dram Teatrında “Səhnədən zəfərə...” tamaşası təqdim olunub
    Qazax Dövlət Dram Teatrında “Səhnədən zəfərə...” tamaşası təqdim olunub
  • 
  • "Xan qızı Xurşidbanu Natəvan" adlı sənədli filmin nümayişi keçirilib - FOTOLAR
    "Xan qızı Xurşidbanu Natəvan" adlı sənədli filmin nümayişi keçirilib - FOTOLAR
  • 
  • Tarixi qələbənin altıncı ili - Azərbaycanda Zəfər Günüdür!
    Tarixi qələbənin altıncı ili - Azərbaycanda Zəfər Günüdür!
  • 
  • "Zəfərdən doğan işıq" sənədli filmi nümayiş olunub - Video
    "Zəfərdən doğan işıq" sənədli filmi nümayiş olunub - Video

Son xəbərlər :
  • "Barselona" komandası Bakıda - Video
  • Qız üstündə dava: Tələbə universitetindən qovuldu?
  • Apteklərdə oftalmoloji müayinə aparanlara - Xəbərdarlıq
  • Kürdə batan çobanın son anları: Nəvəsi kömək istədiyini görüb - VİDEO
  • Prezident hərbi xidmətə çağırışla bağlı sərəncam imzaladı
  • Pərviz Şahbazova yeni vəzifə verldi
  • Maşın su kanalına düşdü: 1 ölü, 4 yaralı
  • Bu şəxslərin bütün cərimələri silinəcək
  • İlham Əliyev 5 fərman imzaladı
  • Süni intellektdən istifadə edənlərin çoxu ondan psixoloji dəstək alır
  • Azərbaycan və İtaliya XİN rəhbərlərinin görüşü başladı
  • Bakıda sabiq məmur avtomobili sərxoş halda idarə edərkən saxlanıldı
  • Elçin Babayev haqda sensasiya: Kim məhv etmək istəyir?
  • Elçin Babayev haqda sensasiya: Kim məhv etmək istəyir?
  • "Sabah" - "Barselona" oyununun hakimləri bəlli oldu
  • Tovuzda avtomobil körpüdən aşdı: Ölən və yaralılar var
  • Ermənistanın yeni konstitusiyasında Azərbaycanla bağlı nələr dəyişir?
  • 24 yaşlı qız dəm qazından boğuldu
  • Nəriman Süleymanovla bağlı cinayət işi açılıb? - Rəsmi
  • Sabah Azərbaycanda 20 dərəcə isti olacaq
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

İş adamı 100 min pul qoyduğu obyektdən qovulduğunu deyir: “İcra məmuru vəzifəsini yerinə yetirmir”

  • Tarix: 15-09-2023, 14:36

Azərbaycanlı iş adamı öz ölkəsində ona qarşı edilən qanunsuz əməllərlə bağlı aidiyyəti qurumlara şikayət ünvanlasa da, hüquqlarını bərpa edə bilmədiyini deyir.

Bu barədə Mediaxeberleri.Az-a elə şikayətçinin özü, “ELLLIS CATERING” MMC-nin təsisçisi, iş adamı Cəmil Tağıyev müraciət edib.

C.Tağıyev deyir ki, 2020-ci ildə sözügedən restoran hələ başqaları tərəfindən icarədə olanda o, həmin iaşə obyektinin marketinq işlərini aparıb:

“Həmin ərəfələrdə mən marketinqlə bağlı yardım edirdim. Lakin sözügedən obyektin sahibi artıq onlarla işi dayandırmaq istəyirdi. Mən öz təşəbbüsümlə həmin obyekti icarəyə götürüb işlətmək istədiyimi bildirdim. Beləliklə 2021-ci ildə Bakı şəhəri, Zərifə Əliyeva küçəsi, 12 ünvanında yerləşən Hicran Ağacavad qızı Şahmarovaya məxsus olan qeyri-yaşayış sahəsini müqavilə əsasında 4 il müddətinə icarəyə götürdüm. Prosesləri Hicran Şahmarovanın etibarnamə verdiyi Natiq adlı şəxs aparırdı. Borc-xərc tapıb həmin obyektdə restoran açmaq məqsədilə əsaslı təmir işləri gördüm. Reklam lövhələri, müasir avadanlıqlar, işıqlandırma sistemi, bahalı qablar, servizlər və s. aldım. Ümumilikdə təqribən 100 min manata yaxın vəsait xərclədim. Fevral ayında açılış etdik və hər gün şou-proqramlı bir ailəvi məkan kimi fəaliyyət göstərdik. Bu işi bildiyim üçün sərmayə qoydum ki, uzunmüddətli perspektivdə həm qoyulmuş pulu çıxaracağam, həm də müəyyən gəlir əldə edəcəyəm. Bakıda fəaliyyət göstərən restoranlar içərisində bizim məkan istər menyusu, istər proqramları, istərsə də atmosferi ilə digərlərindən seçilirdi. Lakin arada bu Natiq adlı şəxs yanında Əfqan adlı biri ilə işlərimə müdaxilə etməyə başladılar. İşə götürəcəyim, işdən çıxaracağım şəxslərlə bağlı göstəriş verməyə, menyuya və digər məsələlərə diktə etməyə çalışdılar. Mən onların dediyi bir neçə şəxsi işə götürdüm, amma obyektdə ən xırda söhbət belə kənara çıxmağa başladı. Mən artıq ədalətli şəkildə səhv edən işçiləri çıxarmağa başladım”.

C.Tağıyev deyir ki, H.Şahmarova ilə bağladığı müqavilənin müddəti 4 illik olsa da, qiymətlərin qalxdığını deyərək artıq pul tələbinə başlanılıb:

“Mən aylıq 2 min manat icarə ilə 4 illik müqavilə bağlamışam. Ödəmələrdə də heç bir gecikmə olmayıb. Hətta mən onlara bu icarə haqqı ilə yarım ilin ödənişini etmişəm ki, işimi davam edim. Onlar da mənimlə razılaşıb 5 aylıq 10 min manat pulu götürüb getdilər. Bir kağız yazıb verdilər mənə. Lakin bir müddət sonra həmin Əfqan adlı şəxs gəlib mənə obyektdən çıxmalı olduğumu dedi. Mən “danışıqlar, razılaşmalar, müqavilə var”, - deyib etiraz etdim. Amma onlar israrla mənim çıxmağımı dedilər. Mən də bura qoyduğum xərci mənə geri ödəyəcəkləri halda çıxmağı qəbul etdim. Onlar isə mənə dedilər ki, “sənə bir qəpik də verilməyəcək”. Avqust ayının ortasında mənim işçilərimi küçəyə atıblar. İşçilərim belə gəlmədən qeyri-qanuni şəkildə obyektə daxil olub, axşamdan qalan masaları və s. bəhanə edərək şikayət etdiklərini dedilər. Orada çəkiliş etdilər, mən çəkiliş edəndə isə telefonumu alıb yerə vuraraq sındırdılar. Bununla bağlı Daxili İşlər Nazirliyinə şikayət ərizəsi yazaraq üzərimə hücum çəkildiyini, telefonumun sındırıldığını dedim. Polis isə mənə məsələnin məhkəmə prosesi ilə həll edilməli olduğunu dedi”.

C.Tağıyev obyektin ona təhvil verildikdən 6 ay sonra həmin yer sahibi tərəfindən başqa şəxslərə icarəyə verildiyini deyib:

“Obyekt mənə icarəyə verildiyi qiymətdən 3-4 dəfə artıq qiymətə üçüncü şəxslərə icarəyə verilib. Pozulmuş hüquqlarımın bərpa edilməsi üçün vəkil tutdum və məhkəməyə müraciət etdim. Bakı Kommersiya Məhkəməsinin 27.05.2023-cü il tarixli qətnaməsi ilə H.Şahmarovanın hərəkətləri qeyri-qanuni hesab edilib. Mənim obyektdən istifadə hüququm bərpa edilib və H.Şahmarovanın üzərinə yaradılmış maneələrin aradan qaldırılması öhdəliyi qoyulub. Məhkəmə qərarının 2022-ci ilin dekabr ayından icraya yönəldilməsinə baxmayaraq, H.Şahmarova icra sənədi üzrə tələbi yerinə yetirməyib, icra məmurunun qanuni çağırışlarına gəlməyib. Məhkəmə qərarının icrasından yayındığına görə cari ilin iyul ayının 7-də Ədliyyə Nazirliyinin Səbail rayon İcra və probasiya şöbəsi borclunun axtarılması haqqında Nərimanov Rayon Polis İdarəsinə müraciət edib. Nəhayət, 24.07.2023-cü il tarixdə borclu H.Şahmarova axtarışa verilib.

Polis araşdırması zamanı bəlli olub ki, o, Azərbaycan hüdudlarından kənardadır və 05.08.2023-cü il tarixdə respublikaya geri dönəcək. Lakin buna aid heç bir sənəd yoxdur. Bildiyiniz kimi, şəxs respublika üzrə axtarışa verildikdə o, Azərbaycan Respublikasına daxil olan kimi dərhal polis əməkdaşları tərəfindən saxlanır və axtarışı vermiş quruma məcburən gətirilir. Bundan sonra Səbail rayon İcra və probasiya şöbəsinin rəisi Anar Qocayev tərəfindən Nərimanov Rayon Polis İdarəsinə axtarış işinə xitam verilməsi haqqında məktub ünvanlanıb. Borclu bu vaxta qədər icra məmurunun heç bir çağırışına gəlmədiyi təqdirdə Anar Qocayev “zərurət aradan qalxdığı üçün” axtarış işinə xitam verilməsini istəyib. Guya H.Şahmarova dəvət edilib, izahat yazıb ki “etiraz eləmirəm, maneçilik törətmirəm, işləsinlər”. Bu isə kompüterdə yazılıb. Nə şəxsin imzası var, nə də əlyazma formasındə izahat nüsxəsi var. Bunun əsasında şəxsin axtarışını da saxlayıblar. Anar Qocayevin bu qeyri-qanuni hərəkəti ilə bağlı dərhal Ədliyyə Nazirliyinin İcra Baş İdarəsi ilə əlaqə saxladıq. Ədliyyə Nazirliyinin İcra Baş İdarəsində bizi qəbul edən rəsmi nümayəndəyə şikayətimizi bildirdik. İcra məmuru Səbuhi Əhmədovun öhdəliyində olduğu işi qanunamüvafiq formada icra etmədiyini, Səbail rayon İcra və probasiya şöbəsinin rəisi Anar Qocayevin məsələ ilə bağlı qanunsuz qərar verdiyini bildirdik. Lakin təəssüf ki, heç bir tədbir görülmədi.

Axtarışın götürülməsi haqqında məktubun hansı səbəbdən verilməsini öyrənmək üçün Səbail rayon İcra və probasiya şöbəsinə getdim, lakin məsələni aydınlaşdıra bilmədim. Maraqlıdır ki, Anar Qocayev axtarış üçün zərurətin aradan qalxdığını dedikdə nəyi nəzərdə tutur? İcra şöbəsi hansı səbəbdən axtarışın dayandırılması barədə müraciət edib? Təəssüf ki, aidiyyəti üzrə şikayətlərim bütün aidiyyəti orqanlarda cavabsız qalıb.  Məhkəmə sistemi ədalətli qərar qəbul edir, lakin icra şöbəsi qərarın icrasına maneə yaradır və məhkəmə qətnaməsi bir kağız parçası kimi qalır. Əgər sahibkar investisiya yatırıb fəaliyyət göstərir, dövlət büdcəsinə vergi ödəyirsə, lakin dövlət sahibkarın haqlı mənafeyini müdafiə edə bilmirsə, o zaman bu məhkəmə institutu niyə lazımdır?! Niyə lazımdır notarial qaydada müqavilə bağlamaq, niyə lazımdır mediasiyaya, sonra məhkəməyə müraciət etmək, onlar üçün rüsumlar ödəmək?!”











Məsələ ilə bağlı Ədliyyə Nazirliyinə müraciət etsək də, müraciətimizə heç bir cavab verilmədi.

Qarşı tərəfin etibarnamə ilə proses üzrə məsul şəxs hesab etdiyi Natiq Haşimov isə onlar barədə C.Tağıyevin irəli sürdüyü iddiaların əsassız olduğunu deyib:

“Qarşı tərəfin irəli sürdüyü iddialar həqiqəti əks etdirmir. Biz bu proseslə bağlı iki məhkəmə prosesində qalib gəlmişik. Hələ də məhkəmə prosesi davam edir. Proses yekunlaşdıqdan sonra mən yekun qərarla bağlı ictimaiyyətə məlumat verəcəyəm”.


Oxunub: 545
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Bu gün, 21:43 | "Barselona" komandası Bakıda - Video
    Bu gün, 21:41 | Qız üstündə dava: Tələbə universitetindən qovuldu?
    Bu gün, 21:40 | Apteklərdə oftalmoloji müayinə aparanlara - Xəbərdarlıq
    Bu gün, 16:52 | Kürdə batan çobanın son anları: Nəvəsi kömək istədiyini görüb - VİDEO
    Bu gün, 16:11 | Prezident hərbi xidmətə çağırışla bağlı sərəncam imzaladı
    Bu gün, 16:09 | Pərviz Şahbazova yeni vəzifə verldi
    Bu gün, 14:47 | Maşın su kanalına düşdü: 1 ölü, 4 yaralı
    Bu gün, 14:43 | Bu şəxslərin bütün cərimələri silinəcək
    Bu gün, 14:33 | İlham Əliyev 5 fərman imzaladı
    Bu gün, 14:24 | Süni intellektdən istifadə edənlərin çoxu ondan psixoloji dəstək alır
    Bu gün, 14:21 | Azərbaycan və İtaliya XİN rəhbərlərinin görüşü başladı
    Bu gün, 14:10 | Bakıda sabiq məmur avtomobili sərxoş halda idarə edərkən saxlanıldı
    Bu gün, 14:08 | Elçin Babayev haqda sensasiya: Kim məhv etmək istəyir?
    Bu gün, 14:07 | Elçin Babayev haqda sensasiya: Kim məhv etmək istəyir?
    Bu gün, 13:57 | "Sabah" - "Barselona" oyununun hakimləri bəlli oldu
    Bu gün, 13:37 | Tovuzda avtomobil körpüdən aşdı: Ölən və yaralılar var
    Bu gün, 13:35 | Ermənistanın yeni konstitusiyasında Azərbaycanla bağlı nələr dəyişir?
    Bu gün, 12:58 | 24 yaşlı qız dəm qazından boğuldu
    Bu gün, 12:56 | Nəriman Süleymanovla bağlı cinayət işi açılıb? - Rəsmi
    Bu gün, 12:55 | Sabah Azərbaycanda 20 dərəcə isti olacaq
    Bu gün, 12:49 | Bu xanımlara yüksək vəzifə verildi - Foto
    Bu gün, 09:25 | Bakıda tanınmış aparıcı yol qəzasında ölüb
    Bu gün, 08:55 | Ət yemədən protein ehtiyacını qarşılayan qidalar
    Bu gün, 08:51 | Rusiyanın zərbələri Ukraynanın imkanlarını üstələyir - FT
    Bu gün, 08:41 | Xankəndidə aldığı tapançanı qayınatasının evinin həyətində basdıran şəxsə cəza verildi
    Bu gün, 08:29 | İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"
    Bu gün, 08:20 | Köçdən sonra: İsmayıllının Mübariz Orucov küçəsi baxımsız vəziyyətdədir - VİDEO
    Bu gün, 08:13 | Azərbaycanda beşinci sinif şagirdi vəfat etdi
    Bu gün, 08:09 | Trampın bu təklifi Avropanı sevindirdi
    Bu gün, 08:01 | Rusiyada eyni klinikada işləyən azərbaycanlı və erməni iki həkimin səs-küy yaradan dostluğu - Video
    Bu gün, 07:19 | Ölüm saçan pullar peyda oldu: toxunanlar zəhərlənir
    Bu gün, 07:15 | İranda çörək satışına məhdudiyyət qoyuldu
    Bu gün, 07:14 | Yasamalda bu göl qurumağa başlayıb - Video
    Bu gün, 07:12 | Yatmazdan əvvəl spirtli içki içmək faydalıdır?
    Dünən, 20:43 | İcra başçısının səmimi söhbəti bir neçə saat ərzində yüz əlli mindən çox baxış sayı toplayıb
    Dünən, 18:56 | "Kəpəz" - "Qarabağ" matçında heç-heçə, "Neftçi"dən qələbə
    Dünən, 16:29 | Azərbaycan vətəndaşlarının bu ölkəyə vizasız rejimi tətbiq edildi
    Dünən, 16:27 | Zəngi liseyinin direktoru işdən çıxarıldı – Yeni təyinat
    Dünən, 16:25 | Bu şəxslər üçün imtahan keçiriləcək
    Dünən, 16:23 | Sabahın havası bu insanlar üçün əlverişsiz olacaq
    Dünən, 12:30 | Argentinalı məşhur futbolçu huşunu itirdi
    Dünən, 12:13 | ABŞ yeni kamikadze dronunu təqdim etdi
    Dünən, 11:55 | Azərbaycana qar yağıb
    Dünən, 11:54 | Astarada qəza: 5 kəndin qazı kəsildi
    Dünən, 11:51 | Qazaxda iki nəfərə kəsici alətlə xəsarət yetirməkdə şübhəli bilinən şəxs saxlanıldı
    Dünən, 10:54 | Gəzməkdə çətinlik çəkən qadının 23 illik əlillik pensiyası kəsildi - Video
    Dünən, 10:48 | Diyetoloq ən faydalı çörək növlərini və gündəlik istehlak normasını açıqladı
    Dünən, 10:46 | Yas mərasiminə gedən ehtiyatda olan zabit faciəli şəkildə öldü - Təfərrüat
    Dünən, 10:42 | Azərbaycan bu ölkəni təbrik etdi
    Dünən, 10:18 | Noyabrın sonunda üç BÜRCÜN həyatı yaxşılaşacaq
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.