Ət yemədən protein ehtiyacını qarşılayan qidalar
Mediaxeberleri.Az bildrir ki, düzgün planlaşdırılmış ətsiz qidalanma da orqanizmin protein ehtiyacını qarşılaya bilər. Ət əvəzinə üstünlük verə biləcəyiniz qidalar bunlardır: Mərci Mərci proteinlə yanaşı, lif, dəmir və fol turşusu ilə də zəngindir. Həmçinin bağırsaq sağlamlığını dəstəkləyən faydalı bakteriyaların qidalanmasına kömək edir. Paxlalılar Lobya, noxud və digər paxlalılar bitki mənşəli proteinin yaxşı mənbələrindəndir. Onların tərkibində lif, dəmir, fosfor və kalium da var. Yulaf 40 qram quru yulaf təxminən 5 qram protein və 4 qram lif ehtiva edir. Bundan əlavə, maqnezium, sink və fosforla zəngindir. Yaşıl noxud 100 qram bişmiş yaşıl noxudda təxminən 5 qram protein var. Bu qida həmçinin A, C və K vitaminləri, dəmir və maqneziumla zəngindir. Buğda qlüteni (Seytan) Bitki mənşəli protein mənbələri arasında xüsusi yer tutan buğda qlüteninin (seytan) 100 qramında təxminən 25 qram protein var. Ətəbənzər quruluşu ilə vegetarian və vegan qidalanmada istifadə olunur. Lakin tərkibində qlüten olduğundan qlütenə həssaslığı olanlar üçün uyğun deyil. Bulqur Qədim buğda növündən hazırlanan bulqur lif və proteinlə zəngin qidalardandır. Onun 100 qramında 25 qram protein var. Düyü Xüsusilə yabanı düyü (wild rice) lif, vitamin və minerallarla zəngindir. Düyü növündən asılı olaraq protein miqdarı dəyişir. Çia toxumları Çia toxumları protein, dəmir, kalsium və maqneziumla yanaşı, omeqa-3 yağ turşuları və antioksidantlar da ehtiva edir. Onları sıyıqlara, smuzilərə və müxtəlif desertlərə əlavə etmək mümkündür. Çərəzlər Badam, qoz, fındıq və digər çərəzlər protein, lif və sağlam yağlarla zəngindir. Onların tərkibində E vitamini, maqnezium, dəmir və digər faydalı maddələr də mövcuddur. Qeyd: Ət istehlakını azaltmaq və ya tamamilə dayandırmaq sağlam qidalanmadan imtina etmək demək deyil. Müxtəlif protein mənbələrindən düzgün istifadə etməklə orqanizmin ehtiyac duyduğu qida maddələrini təmin etmək mümkündür. Əminə Bayramova
Protein orqanizmin normal fəaliyyəti, əzələlərin inkişafı, dəri, saç və dırnaq sağlamlığı üçün vacib qida maddələrindən biridir. Bir çox insan proteinin əsas mənbəyinin ət olduğunu düşünsə də, bu maddə ilə zəngin müxtəlif bitki mənşəli qidalar da mövcuddur.





















