Qazaxda iki nəfər bıçaqlandı
Qazax rayonunda iki nəfər bıçaq xəsarətləri alıb. Mediaxeberleri.Az APA-ya istinadla xəbər verir ki, rayon sakinləri, 30 yaşlı N.Mustafayev və C.Kazımov bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər. Hər iki şəxsə tibbi yardım göstərilib. Onların vəziyyətinin normal olduğu bildirilir. Polisin keçirdiyi tədbirlər nəticəsində N.Mustafayev və C.Kazımova kəsici alətlə daxilə nüfuz etməyən xəsarətlər yetirməkdə şübhəli bilinən 34 yaşlı Əfqan Musayev saxlanılıb. Faktla bağlı araşdırma aparılır.
Oxunub: 17
Xəbəri paylaş
Paylaş:





















