İlham Əliyev 5 fərman imzaladı
Prezident İlham Əliyev “Azərbaycan Respublikası Maliyyə Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 30 dekabr tarixli 572 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə fərman imzalayıb. Mediaxeberleri.Az fərmanın mətnini təqdim edir: 1. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 16 oktyabr tarixli 469 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 10, maddə 848 (Cild I) ilə təsdiq edilmiş “Müsadirə edilmiş əmlakın bir hissəsinin hüquq mühafizə və digər orqanların maddi-texniki bazasının yaxşılaşdırılmasına yönəldilməsi Qaydaları”nın 2.1.2-ci, 3.1.2-ci və 3.2.2-ci yarımbəndlərində “Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı” sözləri “Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq” sözləri ilə əvəz edilsin. 2. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 23 iyun tarixli 962 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 6, maddə 1058 (Cild I); 2024, № 11, maddə 1198, № 12 (II kitab), maddə 1359; 2025, № 8, maddə 751) ilə təsdiq edilmiş “Su bioresurslarının artırılması, bərpası və mühafizəsi fondu haqqında Əsasnamə”nin 3.1-ci bəndində “Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı” sözləri “Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq” sözləri ilə əvəz edilsin. 3. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 12 sentyabr tarixli 1597 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 9, maddə 1644 (Cild I); 2025, № 8, maddə 761) ilə təsdiq edilmiş “Sosial sığorta ehtiyatından istifadə Qaydası”nın 3.4-cü bəndində “Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı” sözləri “Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq” sözləri ilə əvəz edilsin. 4. Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 29 iyul tarixli 2258 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023, № 7, maddə 983 (Cild I); 2024, № 7, maddə 815) ilə təsdiq edilmiş “Nəqliyyat vasitələrinin ödənişli parklanmasından daxil olan vəsaitdən istifadə Qaydası”nın 1.2-ci bəndində “Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı” sözləri “Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq” sözləri ilə əvəz edilsin. *** Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Çex Respublikası Hökuməti arasında hərbi-texniki əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə fərman imzalayıb. Fərmanda deyilir: 1. 2026-cı il sentyabrın 30-da Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Çex Respublikası Hökuməti arasında hərbi-texniki əməkdaşlıq haqqında Saziş” təsdiq edilsin. 2. Bu Fərmanın 1-ci hissəsində göstərilən Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etsin. 3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Çex Respublikası Hökumətinə bildiriş göndərsin. *** Prezident İlham Əliyev “Ətraf mühitin mühafizəsi haqqında” və “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 3 noyabr tarixli 510-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında fərman imzalayıb. Fərmanda deyilir: 1. Müəyyən edilsin ki: 1.1. “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin 3-cü hissəsində hər iki halda nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir; 1.2. həmin Qanunun 18-ci maddəsinin 3-cü hissəsində hər iki halda “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, balıq və digər su bioresurslarına münasibətdə isə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi nəzərdə tutulur; 1.3. “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 12.1.4-cü maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir; 1.4. həmin Qanunun 12.1.4-cü maddəsində birinci halda “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi nəzərdə tutulur. 2. Azərbaycan Respublikasının Nazirlər Kabineti “Ətraf mühitin mühafizəsi haqqında” və “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 3 noyabr tarixli 510-VIIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin. 3. “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 4 avqust tarixli 173 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 8, maddə 483 (Cild I); 2026, № 8, maddə 815) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin: 3.1. 2.1-ci bəndə “abzasında,” sözündən sonra “18-ci maddəsinin 3-cü hissəsində (hər iki halda),” sözləri əlavə edilsin; 3.2. 2.4-1-ci bənddən “18-ci maddəsinin 3-cü hissəsində,” sözləri çıxarılsın; 3.3. aşağıdakı məzmunda 2.5-1-ci bənd əlavə edilsin: “2.5-1. həmin Qanunun 18-ci maddəsinin 3-cü hissəsində hər iki halda “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, balıq və digər su bioresurslarına münasibətdə isə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi nəzərdə tutulur;”. 4. “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 12 iyun tarixli 1175-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 13 iyul tarixli 193 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 7 (I kitab), maddə 1479 (Cild I) 3-cü hissəsində aşağıdakı dəyişikliklər edilsin: 4.1. 3.1-ci bəndə “8.7-ci,” sözlərindən sonra “12.1.4-cü,” sözləri əlavə edilsin; 4.2. 3.3-cü bəndə “8.7-ci,” sözlərindən sonra “12.1.4-cü (birinci halda),” sözləri əlavə edilsin. *** Prezident İlham Əliyev “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 3 noyabr tarixli 511-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında fərman imzalayıb. Fərmanda deyilir: 1. Müəyyən edilsin ki: 1.1. Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 45-ci maddəsinin üçüncü hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir; 1.2. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 31.5-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir; 1.3. həmin Qanunun 31.5-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur. 2. Azərbaycan Respublikasının Nazirlər Kabineti: 2.1. Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 45-ci maddəsinin üçüncü hissəsinə və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 31.5-ci maddəsinə uyğun olaraq, leytenant hərbi rütbəsində olma müddəti ilə bağlı digər halları iki ay müddətində müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; 2.2. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 3 noyabr tarixli 511-VIIQD nömrəli Qanunundan irəli gələn digər məsələləri həll etsin. 3. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 30 mart tarixli 692 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 3, maddə 176 (Cild I); 2024, № 1, maddə 34, № 2, maddə 153, № 12 (II kitab), maddələr 1366, 1383; 2025, № 1, maddə 35, № 6, maddə 549, № 12 (I kitab), maddə 1153; 2026, № 2, maddə 123, № 4, maddə 310) 2-ci hissəsinin dördüncü abzasına ikinci halda “cümləsində” sözündən sonra “, 45-ci maddəsinin üçüncü hissəsində” sözləri əlavə edilsin. 4. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti haqqında Əsasnamə”nin təsdiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 fevral tarixli 593 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 2, maddə 82 (Cild I); 2024, № 4, maddələr 375, 397, № 5 (I kitab), maddə 529, № 12 (II kitab), maddələr 1366, 1383; 2025, № 1, maddə 35, № 4 (I kitab), maddələr 325, 338, № 6, maddə 549, № 8, maddə 773, № 12 (I kitab), maddə 1153; 2026, № 2, maddə 123, № 6, maddələr 513, 514, 518) 5-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin: 4.1. 5.1-ci bəndə “31.1-ci,” sözlərindən sonra “31.5-ci,” sözləri əlavə edilsin; 4.2. 5.2-1-ci bəndə “15.3-cü” sözlərindən sonra “maddəsinin ikinci cümləsində, 31.5-ci maddəsində” sözləri əlavə edilsin. *** Prezident İlham Əliyev “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 30 oktyabr tarixli 503-VIIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Silahlı Qüvvələrindən əlavə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarının (dövlət orqanlarının strukturuna daxil olan qurumların) siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 25 iyun tarixli 752 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb. Fərmanda deyilir: 1. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 25 iyun tarixli 752 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 6, maddə 1043 (Cild I) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Silahlı Qüvvələrindən əlavə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarının (dövlət orqanlarının strukturuna daxil olan qurumların) siyahısı”nda dəyişiklik təsdiq edilsin (əlavə olunur). 2. Azərbaycan Respublikasının Nazirlər Kabineti “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 30 oktyabr tarixli 503-VIIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.





















