Nəriman Süleymanovla bağlı cinayət işi açılıb? - Rəsmi
BDU-nun Fəlsəfə tarixi və mədəniyyətşünaslıq kafedrasının dosenti Nəriman Süleymanovun (Qocatürk) ölümü ilə bağlı cinayət işi açılmayıb. Bu barədə Mediaxeberleri.Az-a Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib. “Xeyr, bu hadisə ilə bağlı cinayət işi açılmayıb, aradırma aparılır”, - məlumatda vurğulanıb. Qeyd edək ki, Nəriman Süleymanov 18 noyabrda özünə qəsd edib. O, sosial şəbəkələrdə tələbələrinə qarşı cinsi qısnamada ittiham olunduqdan sonra bu addımı atıb.
Oxunub: 21
Xəbəri paylaş
Paylaş:





















