"Araz-Naxçıvan"a qalib gələn "Neftçi" liderliyə yüksəldi
Bu gün keçiriləcək iki oyunla Misli Premyer Liqasında 12-ci tura yekun vurulacaq. Medıaxeberlerı.Az xəbər verir ki, günün ilk matçı Şamaxıda oynanılıb. Autsayder “Araz-Naxçıvan” liderlər qrupunda qərarlaşan “Neftçi”ni qəbul edib. Oyun qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb. Bununla da xallarını 27-ə çatdıran "Neftçi" yenidən liderliyə yüksəlib. Gəncədə isə “Kəpəz” “Qarabağ”la üz-üzə gəlir. Bu matçda 15363 yerlik Gəncə şəhər stadionunda anşlaq yaşanıb. Qarşılaşma üçün satışa çıxan bütün biletlər iki gün əvvəldən satılıb. 22 noyabr (bazar) 17:00. “Kəpəz” - “Qarabağ” - 0:0 (İkinci hissə) 14:30. “Araz-Naxçıvan” - “Neftçi” - 1:3 Turun digər nəticələri “Sumqayıt” - “Sabah” - 1:5 “İmişli” - “Zirə” - 2:2 “Şəfa” - “Qəbələ” - 0:2 “Şamaxı” - “Turan Tovuz” - 0:2 Bombardirlər: Breno Almeyda ("Neftçi") - 9 qol Coy-Lens Mikels ("Sabah") - 7 qol Qustavo Klisman ("Neftçi") - 6 qol Ağadadaş Salyanski ("Araz-Naxçıvan") - 5 qol Davit Volkov (“Zirə”) - 5 qol Jo Batista ("Turan Tovuz") - 5 qol
Hakimlər: Rauf Cabarov, Zeynal Zeynalov, Tərlan Talıbzadə, Ruslan Quliyev, Əkbər Əhmədov (VAR), Rəhman İmami (AVAR)
Gəncə şəhər stadionu
Qollar: Qustavo Klisman, 19 (0:1), Draqolyub Saviç, 70 (0:2), Qustavo Klisman, 74 (0:3), Rüfət Abbasov, 82-avtoqol (1:3)
Hakimlər: Rəvan Həmzəzadə, Şirmamed Mamedov, Teymur Teymurov, Əliyar Ağayev, Fərid Hacıyev (VAR), Vüsal Məmmədov (AVAR)
Şamaxı şəhər stadionu





















