"Sabah" - "Barselona" oyununun hakimləri bəlli oldu
Bakıda "Sabah" və İspaniyanın "Barselona" komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının oyununun hakimləri müəyyənləşib. Mediaxeberleri.Az xəbər verir ki, Liqa mərhələsinin V turunun qarşılaşması Şotlandiyadan olan hakimlər briqadasına tapşırılıb. Görüşü FİFA referisi Nikolas Uolş (Nicholas Walsh) idarə edəcək. Ona yan xətt hakimləri Frensis Konnor və Daniel Makfarleyn kömək edəcəklər. Dördüncü hakim funksiyasını Donald Robertson yerinə yetirəcək. Matçın VAR hakimi Endryu Dallas, AVAR hakimi isə Stiven Maklin olacaq. Qeyd edək ki, "Sabah" - "Barselona" matçı noyabrın 25-də Bakı Olimpiya Stadionunda keçiriləcək və saat 21:45-də start götürəcək.
Oxunub: 23
Xəbəri paylaş
Paylaş:





















