24 yaşlı qız dəm qazından boğuldu
Sumqayıt şəhərində ölümlə nəticələnən bədbəxt hadisə baş verib. Hadisə noyabrın 23-ü saat 02 radələrində qeydə alınıb. Belə ki, 2002-ci il təvəllüdlü şəhər sakini Aygül Elman qızı Əskərova yaşadığı evin hamam otağında dəm qazından boğularaq ölüb. Faktla bağlı araşdırmalar şəhər prokurorluğu tərəfindən aparılır.
Oxunub: 19
Xəbəri paylaş
Paylaş:





















