Qısqanclıq zəminində qadını öldürdü, bir nəfəri yaraladı, sonda isə... - Gəncədə hadisə
İyun ayının 26-da saat 16 radələrində Gəncə şəhər Baş Polis İdarəsinə 1979-cu il təvəllüdlü İlhamə Hüseynovanın kəsici-deşici alətlə çox saylı bədən xəsarətləri alaraq qətlə yetirilməsi, şəhər sakini 1999-cu il təvəllüdlü Akif Ağalarovun kəsici-deşici alətlə xəsarət alması barədə məlumat daxil olub. DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Mediaxeberleri.Az-a bildirilib ki, hadisəni qısqanclıq zəminində törədən 1959-cu il təvəllüdlü Mahir Quliyev daha sonra özünə həmin alətlə xəsarət yetirib. Faktla bağlı araşdırmalar davam etdirilir.
Oxunub: 710
Xəbəri paylaş
Paylaş: