Mediaxeberleri.az
    
  • Psixiatr xəbərdarlıq edir: "Artıq çəki beyinin fəaliyyətini zəiflədir"
    Psixiatr xəbərdarlıq edir: "Artıq çəki beyinin fəaliyyətini zəiflədir"
  • 
  • Dünyanın aparıcı media resursları IV Şuşa Qlobal Media Forumundan nə yazdılar? - VİDEO
    Dünyanın aparıcı media resursları IV Şuşa Qlobal Media Forumundan nə yazdılar? - VİDEO
  • 
  • Diplomun tanınması və cəzanın azaldılması adı ilə vətəndaşları aldatdı – MƏHKƏMƏ
    Diplomun tanınması və cəzanın azaldılması adı ilə vətəndaşları aldatdı – MƏHKƏMƏ
  • 
  • Qazaxda icra başçısı şəhidin evində aparılan təmir işlərinin mövcud vəziyyəti ilə yerində maraqlanıb
    Qazaxda icra başçısı şəhidin evində aparılan təmir işlərinin mövcud vəziyyəti ilə yerində maraqlanıb
  • 
  • Mədəniyyətimizin səssiz qəhrəmanı ağır vəziyyətdə...
    Mədəniyyətimizin səssiz qəhrəmanı ağır vəziyyətdə...
  • 
  • Dərinləşən Bakı-Berlin əlaqələri: Siyasi, iqtisadi və rəqəmsal inkişaf prioritetləri
    Dərinləşən Bakı-Berlin əlaqələri: Siyasi, iqtisadi və rəqəmsal inkişaf prioritetləri
  • 
  • Xalq artisti Məmmədbağır Bağırzadənin doğum günüdür - VİDEO
    Xalq artisti Məmmədbağır Bağırzadənin doğum günüdür - VİDEO
  • 
  • Ağstafada “22 İyul – Milli Mətbuat və Jurnalistika Günü”nün 151-ci il dönümü münasibəti ilə media nümayəndələri ilə görüş təşkil olunub
    Ağstafada “22 İyul – Milli Mətbuat və Jurnalistika Günü”nün 151-ci il dönümü münasibəti ilə media nümayəndələri ilə görüş təşkil olunub
  • 
  • Tanışını Xankəndidən iribuynuzlu heyvan gətirəcəyi vədi ilə aldatdı - 17 min manatlıq dələduzluq
    Tanışını Xankəndidən iribuynuzlu heyvan gətirəcəyi vədi ilə aldatdı - 17 min manatlıq dələduzluq
  • 
  • Bakıda 4 il əvvəl açılışı olmuş bağça niyə hələ də fəaliyyət göstərmir? - VİDEO
    Bakıda 4 il əvvəl açılışı olmuş bağça niyə hələ də fəaliyyət göstərmir? - VİDEO
  • 
  • Pensiya alanların nəzərinə - Bu tarixdə
    Pensiya alanların nəzərinə - Bu tarixdə
  • 
  • “İdman Paytaxtı” Qazaxda velosiped idmanının şose növündə keçiriləcək Federasiya Kuboku yarışına hazırlıq işləri müzakirə olunub
    “İdman Paytaxtı” Qazaxda velosiped idmanının şose növündə keçiriləcək Federasiya Kuboku yarışına hazırlıq işləri müzakirə olunub
  • 
  • Yaralılar qan itirir, rəhbərlik "Şirvan gölü"ndə ziyafətdədir - Bərdə xəstəxanasında can bazarı...
    Yaralılar qan itirir, rəhbərlik "Şirvan gölü"ndə ziyafətdədir - Bərdə xəstəxanasında can bazarı...
  • 
  • MÜHARİBƏNİN YENİ MƏRHƏLƏSİ BAŞLADI - Kreml üçün ən təhlükəli ssenari...
    MÜHARİBƏNİN YENİ MƏRHƏLƏSİ BAŞLADI - Kreml üçün ən təhlükəli ssenari...
  • 
  • Şəmkirdə 12 yaşlı qızı qətlə yetirən bacısı tutuldu
    Şəmkirdə 12 yaşlı qızı qətlə yetirən bacısı tutuldu
  • 
  • Nəriman Həsənzadə yenidən süni tənəffüs aparatına qoşuldu
    Nəriman Həsənzadə yenidən süni tənəffüs aparatına qoşuldu
  • 
  • 17,4 MILYARD YATIRIB, 14 MILYARD GÖTÜRÜB... - Son rəqəmlər AÇIQLANDI
    17,4 MILYARD YATIRIB, 14 MILYARD GÖTÜRÜB... - Son rəqəmlər AÇIQLANDI
  • 
  • KREMLİN STALİN “SEVGİSİ”... - Putin "Tarix hər şeyi öz yerinə qoyacaq” deyəndə nəyi nəzərdə tutur?
    KREMLİN STALİN “SEVGİSİ”... - Putin "Tarix hər şeyi öz yerinə qoyacaq” deyəndə nəyi nəzərdə tutur?
  • 
  • Aqro Mall” Ticarət Mərkəzinin direktorunun qaranlıq keçmişi: Həsən Şərifov çox milyonlu yeyintini necə gizlədib?
    Aqro Mall” Ticarət Mərkəzinin direktorunun qaranlıq keçmişi: Həsən Şərifov çox milyonlu yeyintini necə gizlədib?
  • 
  • MEHDİYEVİN BACANAĞINA CİNAYƏT İŞİ AÇILDI - Nə qədər mənimsəyib?
    MEHDİYEVİN BACANAĞINA CİNAYƏT İŞİ AÇILDI - Nə qədər mənimsəyib?
  • 
  • “MÜTTƏFİQLİK ÇOX BÖYÜK MƏSULİYYƏTDİR VƏ BİZ BUNA HAZIRIQ” - Azərbaycan - Qırğızıstan münasibətlərinin yeni səviyyəsi Türk Dünyasına nə vəd edir?
    “MÜTTƏFİQLİK ÇOX BÖYÜK MƏSULİYYƏTDİR VƏ BİZ BUNA HAZIRIQ” - Azərbaycan - Qırğızıstan münasibətlərinin yeni səviyyəsi Türk Dünyasına nə vəd edir?

Son xəbərlər :
  • Bu il məktəbli formaları neçəyə olacaq? – RƏSMİ AÇIQLAMA
  • Misli Premyer Liqası: “Araz-Naxçıvan” “İmişli”yə, “Sabah” “Kəpəz”ə qarşı
  • Misli Premyer Liqası: "Turan Tovuz"dan çətin qələbə
  • General Araz Məmmədov vəzifəsindən azad olundu - Yeni təyinat
  • Ərdoğan böyük dəyişikliyə hazırlaşır – Bu nazirləri yola salır...
  • Hesablama Palatasına yeni səlahiyyət verildi - Naxçıvanla bağlı...
  • Prezident Fərman imzaladı
  • Kartlara tətbiq edilən limitə görə qiymət artımı olacaq? – AÇIQLAMA
  • Moskvada dəhşətli fırtına başladı - Video
  • Diplomlar elektron formada veriləcək: Hansı çətinliklər var?
  • Samuxun qarayara aşkarlanan kəndində nəzarət postu quruldu - FOTO
  • Bir həftə hər gün brokkoli yedi: Orqanizmindəki dəyişikliklər onu TƏƏCCÜBLƏNDİRDİ
  • Misli Premyer Liqası geri döndü: "Turan Tovuz" "Qəbələ"yə QARŞI
  • "Qarabağ"ı pley-offa aparan qələbə - Video
  • İşıq olmayacaq
  • Tovuzda sel körpünü dağıdıb, kəndin rayon mərkəzi ilə əlaqəsi kəsilib
  • Dövlət Sığorta Agentliyinin sabiq vəzifəli şəxsi növbəti dəfə şikayətini geri götürdü
  • Məhkəmə 72 min manatlıq dələduzluq işi ilə bağlı qərar çıxardı
  • Səhər yeməyində buna diqqət edin!
  • Konfrans Liqası: "Qarabağ" pley-offa yüksəldi
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

Bu gün Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 106 ili tamam olur

  • Tarix: 26-06-2024, 00:00

Bu gün Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 106 ili tamam olur.

Mediaxeberleri.Az xatırladır ki, 1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə ilk müntəzəm hərbi hissə - Əlahiddə Azərbaycan Korpusu yaradılıb.

Həmin il mayın 28-də qəbul edilmiş "İstiqlal bəyannaməsi"ndə qeyd edilirdi ki, Azərbaycan özünü xarici müdaxilələrdən müdafiə etmək, daxili düşmən qüvvələrini zərərsizləşdirmək üçün nizami orduya malik olmalı, özünün silahlı qüvvələrini yaratmalıdır. Hökumət tərəfindən 25 min nəfərlik ordu yaratmaq vəzifəsi irəli sürüldü. Avqustun 1-də Azərbaycanın Hərb Nazirliyi təsis olundu, ilk müdafiə naziri isə Xosrov bəy Sultanov təyin edildi.

Azərbaycanda ilk hərbi parad 1919-cu ildə Bakıda, indiki Muzey Mərkəzinin yerləşdiyi ərazidə keçirilib. Qısa müddətdə Milli Ordu Qafqaz İslam Ordusu ilə birlikdə Bakını və ətraf qəzaları erməni-bolşevik işğalından azad edə bilmişdi. 1920-ci ildə Azərbaycan sovet işğalına məruz qaldıqdan sonra hərbi nazirlik ləğv olundu, ordumuzun 15 generalı bolşeviklər tərəfindən güllələndi.

1991-ci ildə dövlət müstəqilliyinin bərpasından sonra Azərbaycan Ordusunun yaradılması haqqında qərar qəbul edildi. Ulu öndər Heydər Əliyevin 1998-ci il 22 may tarixli Fərmanına əsasən, 26 İyun Silahlı Qüvvələr Günü elan olundu. 2011-ci il iyunun 26-da Bakıda Silahlı Qüvvələrin Ali Baş Komandanı Prezident İlham Əliyevin iştirakı ilə Silahlı Qüvvələr Günü və müstəqilliyin bərpasının 20 illiyi münasibətilə müasir Azərbaycan Ordusunun hərbi paradı keçirildi. Daha sonra hərbi parad 2013-cü ildə Silahlı Qüvvələr Gününün yaranmasının 95 illiyinə həsr edildi. Növbəti parad isə 2018-ci ildə Ordumuzun 100 illiyinə həsr olundu.

Son illər ərzində Azərbaycanda ordu quruculuğuna kifayət qədər böyük məbləğ ayrılıb, Silahlı Qüvvələrimiz müasir silah növləri ilə təchiz edilib.

Azərbaycan Ordusu bu gücünü 2016-cı ilin aprel ayında sübut etdi. Aprelin 2-də Ermənistan ordusunun təxribatlarına cavab olaraq, Azərbaycan Ordusu sürətli əks-hücum əməliyyatı ilə düşməni ağır məğlubiyyətə uğradaraq, Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğal altındakı ərazilərinin 2 000 hektardan çox hissəsini azad etdi. Həmçinin minlərlə hektar ərazi Azərbaycan Ordusunun tam nəzarətinə keçdi. Azərbaycan Ordusu dördgünlük Aprel döyüşləri ilə xalqımıza qələbə sevinci yaşatdı.

Ali Baş Komandanın daimi nəzarəti, diqqət və qayğısı, eyni zamanda, Müdafiə Nazirliyi rəhbərliyinin düzgün qurduğu fəaliyyət nəticəsində Ordumuzun üzüağ çıxdığı bu əməliyyatın ən böyük nəticələrindən biri odur ki, Azərbaycan Ordusu mənəvi-psixoloji, döyüş ruhu, sosial, ictimai, texniki-təchizat, silah-sursat, peşəkarlıq baxımdan Ermənistan ordusunu nə qədər qabaqladığını ortaya qoydu və düşmən də bu üstünlüyü tam anladı. Erməni ictimaiyyəti bu prosesdə gerilədiyini, uduzduğunu öz üzərində açıq-aydın hiss etdi.

Azərbaycan Ordusunun daha bir uğuru Aprel döyüşlərindən iki il sonra - 2018-ci ilin mayında Günnüt zəfəri ilə qazanıldı. Bu uğurlu əməliyyat nəticəsində Naxçıvan Muxtar Respublikasının 11 min hektardan artıq ərazisi və Şərur rayonunun Günnüt kəndi düşməndən azad edilərək dövlət sərhədi boyunca əlverişli mövqelər Azərbaycan Ordusunun nəzarəti altına keçdi. Beləliklə də, Əlahiddə Ümumqoşun Ordunun müdafiə zolağının ön xəttinin dövlət sərhədi boyu əlverişli mövqelərə irəli çəkilməsi əməliyyatı uğurla nəticələndi, qarşıya qoyulan məqsədə nail olundu.

2020-ci il Azərbaycan xalqı, Ordusu üçün xüsusi il oldu. Həmin ilin iyul ayında Ermənistan silahlı qüvvələri Tovuz istiqamətində təxribata cəhd etdilər. Bu zaman Azərbaycan Silahlı Qüvvələri təxribat cəhdinin qarşısını qətiyyətlə aldı. Düşmənə sarsıdıcı zərbə vuran ordumuz 2020-ci il sentyabrın 27-də ermənilərin növbəti təxribatından sonra Ali Baş Komandan İlham Əliyevin göstərişi ilə əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi nəticəsində 30 ilə yaxın işğal altında qalan torpaqlarımız düşmən tapdağından azad edildi. Vətən müharibəsi ilə qəhrəman əsgərlərimiz düşmən ordusunu tamamilə məhv etdilər. Bu qələbə ilə şəhidlərimizin qanı yerdə qalmadı, onların qisası alındı.

2020-ci il dekabrın 10-da Bakının Azadlıq meydanında Zəfər paradı keçirildi. Paradda Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev və qardaş Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan da iştirak etdilər. Paradda 3 000 nəfərdən artıq şəxsi heyətin, 150-dək hərbi texnikanın, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnikanın, raket və artilleriya qurğularının, hava hücumundan müdafiə sistemlərinin, eləcə də hərbi gəmi və katerlərin nümayişi oldu.

Paradda, həmçinin Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun darmadağın etdiyi düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismi də nümayiş etdirildi. Döyüşlərdə qənimət götürülmüş istifadəyə yararlı texnikalar - "KamAZ" markalı avtomobilin qoşqusunda "D-30", "Ural" markalı avtomobilin qoşqusunda "D-20" topları, qoşqu üzərində zenit qurğuları, "ŞİLKA", "OSA-1T", "KUB" zenit-raket kompleksləri, piyadaların döyüş maşınları (PDM), "T-72" tankları, eləcə də istifadəyə yararsız texnikalar - zirehli "UAZ Patriot", "UAZ Hunter" minik, "ZİL-131", "Ural", "KamAZ" markalı yük avtomobilləri, 122 millimetrlik "Qvozdika" özüyeriyən artilleriya qurğusu, BM-21 "Qrad" qurğuları, PDM-1 və PDM-2 texnikaları, "T-72" tankları qəhrəman Azərbaycan Ordusunun düşmənə sarsıdıcı zərbələr vurduğunun əyani təsdiqidir.

2021-ci il aprelin 12-də Bakıda Hərbi Qənimətlər Parkının açılışı oldu. Bu gün də Vətən müharibəsində ordumuzun ələ keçirdiyi düşmənə məxsus hərbi qənimətlər bu parkda nümayiş etdirilir.

2023-cü il sentyabrın 19-da Azərbaycan Üçtərəfli Bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərk-silah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə antiterror əməliyyatına başladı.

Bir gündən az davam edən antiterror əməliyyatı nəticəsində bölgədə qalan Ermənistan silahlı qüvvələri tam tərksilah edilərək Azərbaycan ərazisindən çıxarıldı, qondarma rejimin qalıqları isə onun ləğv olunduğunu elan etdi. Azərbaycan öz ərazisində separatçılığa, "boz zona"ya son qoydu. Bununla da Azərbaycan Respublikasının dövlət suverenliyi tam bərpa edildi.

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xankəndi şəhərində, Xocalı şəhərində, Xocalı rayonunun Əsgəran qəsəbəsində, Xocavənd şəhərində və Ağdərə şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı.

Hazırda Azərbaycan bayrağı Şuşada, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda, Laçında, Kəlbəcərdə, Ağdamda, Xankəndidə, Xocalıda - bütün Qarabağda və Şərgi Zəngəzurda dalğalanır.

2023-cü il noyabrın 8-də Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi parad keçirildi. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev paradda çıxış edərək dedi: "Bu günü bizə bəxş edən müzəffər Silahlı Qüvvələrimiz döyüş meydanında cəsarət, qəhrəmanlıq, fədakarlıq göstərərək düşməni bizim əzəli torpaqlarımızdan qovmuşdur. Bu, böyük tarixi hadisədir".

Tarixi zəfərdən sonra Prezident İlham Əliyevin sərəncamı ilə noyabrın 8-i Azərbaycanda Zəfər Günü kimi qeyd edilir.

Hazırda maddi-texniki təchizat və döyüş qabiliyyəti baxımından Azərbaycan Silahlı Qüvvələri Cənubi Qafqazın ən güclü ordusudur.


Oxunub: 741
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Bu gün, 09:41 | Bu il məktəbli formaları neçəyə olacaq? – RƏSMİ AÇIQLAMA
    Bu gün, 09:16 | Misli Premyer Liqası: “Araz-Naxçıvan” “İmişli”yə, “Sabah” “Kəpəz”ə qarşı
    Dünən, 21:29 | Misli Premyer Liqası: "Turan Tovuz"dan çətin qələbə
    Dünən, 15:54 | General Araz Məmmədov vəzifəsindən azad olundu - Yeni təyinat
    Dünən, 15:52 | Ərdoğan böyük dəyişikliyə hazırlaşır – Bu nazirləri yola salır...
    Dünən, 15:50 | Hesablama Palatasına yeni səlahiyyət verildi - Naxçıvanla bağlı...
    Dünən, 15:37 | Prezident Fərman imzaladı
    Dünən, 15:34 | Kartlara tətbiq edilən limitə görə qiymət artımı olacaq? – AÇIQLAMA
    Dünən, 15:32 | Moskvada dəhşətli fırtına başladı - Video
    Dünən, 15:29 | Diplomlar elektron formada veriləcək: Hansı çətinliklər var?
    Dünən, 14:33 | Samuxun qarayara aşkarlanan kəndində nəzarət postu quruldu - FOTO
    Dünən, 09:38 | Bir həftə hər gün brokkoli yedi: Orqanizmindəki dəyişikliklər onu TƏƏCCÜBLƏNDİRDİ
    Dünən, 09:36 | Misli Premyer Liqası geri döndü: "Turan Tovuz" "Qəbələ"yə QARŞI
    Dünən, 09:30 | "Qarabağ"ı pley-offa aparan qələbə - Video
    Dünən, 09:04 | İşıq olmayacaq
    Dünən, 08:37 | Tovuzda sel körpünü dağıdıb, kəndin rayon mərkəzi ilə əlaqəsi kəsilib
    Dünən, 08:36 | Dövlət Sığorta Agentliyinin sabiq vəzifəli şəxsi növbəti dəfə şikayətini geri götürdü
    Dünən, 08:33 | Məhkəmə 72 min manatlıq dələduzluq işi ilə bağlı qərar çıxardı
    Dünən, 08:31 | Səhər yeməyində buna diqqət edin!
    13-08-2026, 22:10 | Konfrans Liqası: "Qarabağ" pley-offa yüksəldi
    13-08-2026, 13:55 | Paşinyan: Azərbaycanla qarşılıqlı ticarət məsələsi gündəmdədir
    13-08-2026, 13:54 | Bakı Sağlamlıq Mərkəzində kobud səhv: “Poliklinika” sözünü düzgün yaza bilmədilər...
    13-08-2026, 13:52 | Sabah hava necə olacaq?
    13-08-2026, 13:50 | III qrup üzrə keçid balları açıqlandı
    13-08-2026, 11:44 | Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi attestatla bağlı məsələyə aydınlıq gətirdi
    13-08-2026, 11:40 | Sosial ödənişlərlə bağlı rəsmi açıqlama
    13-08-2026, 11:35 | 7 mindən çox şagird bu siniflərdə oxumaq istəyir
    13-08-2026, 11:33 | Azərbaycanda bu məşhur layihə yenidən başlayır
    13-08-2026, 10:32 | Dəhşətli istilər gəlir: rekord qırılacaq - Tarix
    13-08-2026, 10:27 | Yevlaxda qəzada ölənlər qardaşdırlar - TƏFƏRRÜAT
    13-08-2026, 09:08 | Putin bu yolla NATO-nu parçalaya bilər - Admiral
    13-08-2026, 08:57 | Rusiyadakı əsirlərin 95 faizinə işgəncələr verilir - Ombudsman
    13-08-2026, 08:52 | FHN-ə məxsus torpaq sahəsindəki tikililəri sənədləşdirmə adı ilə dələduzluq etdi - MƏHKƏMƏ
    13-08-2026, 08:38 | Havanın çirklənməsi ilə bağlı XƏBƏRDARLIQ: Qanda xərçəng riski ilə əlaqəli dəyişikliklər tapıldı
    13-08-2026, 08:36 | Bakıda mağazada başlayan yanğın evlərə keçib - FOTO
    13-08-2026, 08:32 | "Qarabağ"ın avrokubok taleyi həll olunur: Rəqib "Dinamo Kiyev"dir
    13-08-2026, 08:30 | Toyda başlayan mübahisə faciə ilə nəticələndi - 2 qardaş həmkəndlisini döyərək öldürdü – CƏZA
    13-08-2026, 08:28 | 32 ölkə İranla bağlı bəyanat yaydı
    12-08-2026, 19:19 | Milli Qəhrəman Keşlədə 3 mərtəbəli obyekt tikəcək - icazə verildi...
    12-08-2026, 19:16 | Mehdiyevlə bağlı SENSASİYA: Hər şey ortaya çıxdı - “göbələk Feyruz” kimdir?
    12-08-2026, 18:17 | Kolumbiyada matəm elan edildi
    12-08-2026, 18:14 | DSX işçilərinə - Xüsusi təklif
    12-08-2026, 17:29 | Magistraturaya qeydiyyatın vaxtı uzadıldı
    12-08-2026, 17:26 | Elektron attestatlarla bağlı yaranmış problemə aydınlıq gətirildi - RƏSMİ
    12-08-2026, 17:23 | Yeni Klinika-ya yeni mətbuat katibi təyin edildi
    12-08-2026, 17:21 | Zelenski azərbaycanlı hərbçiləri təltif etdi
    12-08-2026, 17:19 | Bəzi yerlərdə şimşək çaxır, yağış yağır - Yenilənib
    12-08-2026, 17:18 | Atəşkəs başlamayıb - İran təkzib etdi
    12-08-2026, 14:31 | Dörd rayonda yanğın törədən 4 nəfər məsuliyyətə cəlb edildi
    12-08-2026, 14:29 | Dünən dənizdə batan gənc müğənni imiş
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.