Mediaxeberleri.az
    
  • Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
    Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
  • 
  • Hikmət Babaoğlu: "Türkiyə və Azərbaycan liderləri qardaşlığın əsas simvollarıdır" - Foto
    Hikmət Babaoğlu: "Türkiyə və Azərbaycan liderləri qardaşlığın əsas simvollarıdır" - Foto
  • 
  • “Kəramət Böyükçölü yazıçı hesab etmək utancdır” – AÇIQLAMA
    “Kəramət Böyükçölü yazıçı hesab etmək utancdır” – AÇIQLAMA
  • 
  • Elşad Miri: ““Quran”da Adəmin ilk insan olmasına dair bir ayə belə yoxdur”
    Elşad Miri: ““Quran”da Adəmin ilk insan olmasına dair bir ayə belə yoxdur”
  • 
  • Xəzərdə kütləvi tələfat: Azərbaycana təhlükə gözlənilir?
    Xəzərdə kütləvi tələfat: Azərbaycana təhlükə gözlənilir?
  • 
  • Zeytun Festivalının açılışı olub - Foto
    Zeytun Festivalının açılışı olub - Foto
  • 
  • Şəkinin 100 illik muzeyində gizlənən tarix - Qədim əlyazmalar, qızıl əşyalar və...
    Şəkinin 100 illik muzeyində gizlənən tarix - Qədim əlyazmalar, qızıl əşyalar və...
  • 
  • Şəhid anası 21 ildir mənzil növbəsindədir: "Öz evimdə yaşamaq istəyirəm" - Video
    Şəhid anası 21 ildir mənzil növbəsindədir: "Öz evimdə yaşamaq istəyirəm" - Video
  • 
  • Aqroservisin sədri həbs edildi
    Aqroservisin sədri həbs edildi
  • 
  • Quba Olimpiya Kompleksinin direktoru və mühasibi HƏBS OLUNDU - TƏFƏRRÜAT
    Quba Olimpiya Kompleksinin direktoru və mühasibi HƏBS OLUNDU - TƏFƏRRÜAT
  • 
  • Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Video
    Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Video
  • 
  • Kiçik pomidorlarda böyük təhlükə!
    Kiçik pomidorlarda böyük təhlükə!
  • 
  • Türkiyə Fələstin prezidentinin yunanlarla qucaqlaşmasına niyə səssiz qalır?
    Türkiyə Fələstin prezidentinin yunanlarla qucaqlaşmasına niyə səssiz qalır?
  • 
  • "Büdcədən pul ayrılıb və o pul yeyilib" - ETİRAZ VAR!
    "Büdcədən pul ayrılıb və o pul yeyilib" - ETİRAZ VAR!
  • 
  • Azərbaycan öz addımlarını bu güclərin mövqeyi ilə uyğunlaşdırmaq məcburiyyətindədir...
    Azərbaycan öz addımlarını bu güclərin mövqeyi ilə uyğunlaşdırmaq məcburiyyətindədir...
  • 
  • "Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
    "Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
  • 
  • "44" filmi Azərbaycanın kino tarixinə rekordla düşdü - Foto
    "44" filmi Azərbaycanın kino tarixinə rekordla düşdü - Foto
  • 
  • Son 120 ilin ən uğurlu layihəsi Bakıda… - İnfantino
    Son 120 ilin ən uğurlu layihəsi Bakıda… - İnfantino
  • 
  • Bulvar dənizdən 30 kilometr aralı qala bilər - Foto
    Bulvar dənizdən 30 kilometr aralı qala bilər - Foto
  • 
  • VƏZİFƏLİ ŞƏXSLƏRİN GİZLİ BİZNESLƏRİ... – Yeni qanun nəyi dəyişəcək?
    VƏZİFƏLİ ŞƏXSLƏRİN GİZLİ BİZNESLƏRİ... – Yeni qanun nəyi dəyişəcək?
  • 
  • Masaj salonunun sahibəsindən 30 min tələb etdi: hökm oxundu
    Masaj salonunun sahibəsindən 30 min tələb etdi: hökm oxundu

Son xəbərlər :
  • Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto
  • Borcu olan sakinlər istiliksiz qalacaq - Rəsmi
  • Bu gün Millətlər Liqasında 8 oyun keçiriləcək
  • Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol
  • Salah Misir millisində rekorda imza atdı
  • Füzulidə ağır qəza: 3 ölü, 4 yaralı - Foto
  • Külli miqdarda vəsaiti mənimsəyən bağça müdirinə hökm oxundu
  • Xəyyam Salehov müdir təyin edildi - FOTO
  • Mahirin qolu, Azərbaycan millisinin qələbəsi - Video
  • İcra başçısı şəhid anasının qayğıları ilə maraqlanıb
  • Fəaliyyətinə xitam verilən tibb ocağının aqibəti necə olacaq? - VİDEO
  • Etibar Pirverdiyev 15 minlik gülü kimin üçün aldırıb?
  • Pensiyalar belə artırılacaq: Mexanizmi dəyişir...
  • Yuxarı Salahlı kənd məktəbliləri ilə maarifləndirici görüş keçirilib
  • Füzulidə ağır qəza: 3 ölü, 4 yaralı - Foto
  • Millimiz Lixtenşteynə qalib gəldi
  • Birdəfəlik müavinətlərin ödəniləcəyi tarix açıqlandı
  • Prezidentin Dublin səfəri Bakı üçün niyə əhəmiyyətlidir?
  • Nazirlər Kabinetindən bu nazirliklə bağlı vacib qərar
  • Xalq artisti onların pensiya yaşı ilə bağlı narazılığını bildirdi
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

BDU-nun Qazax filialında “Məzun günü” keçirilib

  • Tarix: 22-06-2024, 22:41

2023/2024-cü tədris ilində Bakı Dövlət Universitetinin Qazax filialını 42 şəhər və rayon üzrə 370 nəfər (əyani şöbə üzrə 342, qiyabi şöbə üzrə 28) tələbə bitirir. Həmin tələbələrdən əyani şöbə üzrə 45 nəfər tələbə, qiyabi şöbə üzrə 8 nəfər tələbə buraxılış işi müdafiəsində iştirak edəcəkdir. Yekun dövlət attestasiyasında isə əyani şöbə üzrə 78 nəfər tələbə, qiyabi şöbə üzrə 20 nəfər tələbə imtahan verəcəkdir. Həmçinin, filialı bitirəcək 370 nəfər tələbədən 151 nəfəri (91 nəfər 5-ci kurs tələbəsi, 50 nəfəri isə passiv tələbə) buraxılış işi və Yekun Dövlət Attestasiyasında iştirak edəcək. 219 nəfər tələbə isə yekun təcrübə hesabatları verəcəkdir.

İynun 22-də Bakı Dövlət Universitetinin Qazax filialında "Məzun günü” tədbiri keçirilib. Filialın qarşısında təşkil olunan tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, ali təhsil ocağının professor-müəllim heyəti, məzunlar və onların valideynləri iştirak ediblər.

Tədbirin aparıcısı, Qazax Dövlət Dram Teatrının aktyoru Yusif Qoca tədbiri açıq elan edərək qonaqları və məzunları salamlayıb, səmimi ürək sözlərini çatdırıb.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib. 

Filialın direktoru, dosent Arif Rüstəmov çıxış edərək əlamətdar gün münasibətilə məzunları, onların valideynlərini təbrik edib, xoş arzularını səsləndirib. A.Rüstəmov “Bu gün BDU-nun Qazax filialının tələbələrinin növbəti məzun günü keçirilir. Tələbələrimizin bir hissəsi artıq ali təhsillərini başa vuraraq yeni, ali təhsilli mütəxəssis statusu alırlar. Tələbələrimizə hər zaman bir tövsiyəmiz vardı ki, təhsil aldığınız müddətdə yaxşı nəticələr göstərin. Çünki sizin nəticələriniz bizim göstəricimizdir. Bu gün qürurverici haldır ki, BDU-nun Qazax filialını tələbələrimiz yüksək göstəricilərlə bitirirlər. Ən əsası da sizlərin bundan sonrakı həyatınızda əldə etdiyiniz uğurlar, nailiyyətlər filialımızın adı ilə bağlıdır və bizim uğurumuz olacaqdır. Sizlərə gözəl, peşəkar mütəxəssis olmağı, ölkəsinə, xalqına, Vətəninə layiqli vətəndaş olmağı arzu edirəm. Hər an sizlərin uğurlarınızı gözləyərək filial rəhbərliyi olaraq qürurlanacağıq. Valideynləriniz qədər əldə etdiyiniz nailiyyətlərə baxıb sevinəcəyik. Ümid edirəm ki, sizlərə olan ümidlərimiz hər zaman özünü doğruldacaqdır”, - deyə fikirlərini çatdırıb. A.Rüstəmov rayon rəhbərliyinin filiala olan qayğısından söz açaraq bugünkü görüşü, tələbələrin xoş günündə onların yanında olmasını, məzun günündə iştirak etməsini həmin qayğının bariz nümunəsi kimi qiymətəndirib. İstər müəllimlərə, istərsə də tələbələrə olan dəstəyi, göstərilən qayğını, səmimi münasibəti hər zaman razılıqla qarşıladıqlarını diqqətə çatdırıb. A.Rüstəmov respublikamızda, eləcə də bölgələrimizdə həyata keçirilən məqsədyönlü tədbirlərə görə ölkə başçısı İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya ziyalılar adından minnətdarlığını bildirib. Qazaxda təhsil sahəsinə, müəllimlərə, ziyalılara olan diqqət və qayğıya, səmimi münasibətə görə rayon rəhbərliyinə bir daha təşəkkürünü çatdırıb.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək məzunları, onların valideynlərini, müəllimlərini əlamətdar gün münasibətilə təbrik edib, səmimi ürək sözlərini, xoş arzularını çatdırıb. Məzunlara gələcək işlərində, fəaliyyətlərində, yenicə qədəm qoyduqları həyatlarında uğurlar arzulayıb. Rayon rəhbəri Bakı Dövlət Universitetinin Qazax filialında vaxtilə təhsil almış filialın şəhid məzunları  Vətən müharibəsi şəhidi, ölümündən sonra “Vətən uğrunda”, “Laçının azad olunmasına görə”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuş leytenant Məmmədov Məhəmməd Zakir oğlunun və 19-20 sentyabr 2023-cü il tarixində Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı Şəhidlik zirvəsinə ucalmış, Vətən müharibəsindəki şücaətinə görə "Cəbrayılın azad olunmasına görə", “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Cəsur döyüşçü”, “Şücaətə görə”, “Vətən müharibəsi işirakçısı” medalları, ölümündən sonra 3-cü dərəcəli "Rəşadət" ordeni, “Vətən uğrunda” medalı ilə təltif olunmuş baş leytenant Orucov Niftalı Qəfər oğlunun xatirəsini dərin ehtiramla yad edib, onların əziz xatirələrinin daim qəlblərdə yaşağacağını söyləyib. İcra başçısı qeyd edib ki, bu gün 42 şəhər və rayon üzrə 370 nəfər tələbənin Bakı Dövlət Universitetinin Qazax filialından məzun olması bu ali təhsil ocağının uğuru, nailiyyətidir. Ən əsası da qürurverici olan odur ki, məzun adını qazanan tələbələrimiz bu ali təhsil ocağında şəffaf şəkildə yüksək səviyyədə təhsil alaraq yeni həyata qədəm qoyurlar. “Əziz gənclər bizim gələcəyimiz sizin əlinizdədir. Hər zaman arzu edirik ki, siz gənclərin gələcəyi parlaq olsun. Bu gün ölkəmizdə gənclərə yüksək dövlət qayğısı var. Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən gənclərə daim qayğı göstərilir, onların yüksəkixtisaslı kadrlar kimi yetişməsi istiqamətində lazımi addımlar atılır. Sevindirici haldır ki, gənclərimiz onlara olan etimadı hər zaman doğruldurlar. Sizlərin filialda təhsil aldığınız müddətdə təhsil almağınızla yanaşı, könüllü kimi fəaliyyətiniz də bunu bir daha təsdiq etdi” – deyə fikirlərini ifadə edən rayon rəhbəri bütün məzunlara bir daha gələcək həyatlarında uğurlar arzulayıb.

Filialın Tədris və elmi işlər üzrə direktor müavini Məmməd Yusifov çıxış edərək məzunları təbrik edib, onlara gələcək həyatlarında uğurlar arzulayaraq səmimi ürək sözlərini bölüşüb. “Ölkə paytaxtından uzaqda, 168 km düşmənlə həmsərhəd olan, tarixlə müasirliyi özündə birləşdirən, təhsil, mədəniyyət beşiyi sayılan Qazaxda yerləşən ali təhsil ocağında təhsil aldığınız və buradan məzun olduğunuz üçün qürurlusunuz. Bu qüruru sizlərə yaşadan Azərbaycan dövləti, ölkə Prezidenti İlham Əliyev və onun siz gənclərə olan qayğısıdır. BDU-nun Qazax filialının kollektivi olaraq sizlərə verdiyimiz təhsilin, sizlərə olan yanaşmanın harada olmağınızdan asılı olmayaraq vətəndaş kimi, peşəkar kadr kimi yetişməyinizdə mühüm rol oynacağına və sizlərin bu ali təhsil ocağının adını daim yüksək tutacağınıza əminik. Bu gün həyatınızda bir hissənin sonu, digər bir mərhələnin isə başlanğıcıdır”, - söyləyən M.Yusifov bütün məzunlara bu yolda uğurlar arzulayıb.

Filialın Riyaziyyat və informatika kafedrasının müdiri, professor Hüseyn Xəlilov çıxış edərək məzunlara təbriklərini çatdırıb, xoş arzularını səsləndirib. “Bu gündən sizlər yeni bir həyata qədəm qoyursunuz. Əsas işiniz xalqınıza xidmət etməkdir. Xalqınıza xidmət etmək üçün ixtisasınızla yanaşı, tariximizi də gözəl bilməlisiniz. Ən əsası da Vətəninizi və xalqınızı sevməlisiniz. Ulu Öndər Heydər Əliyevin söylədiyi kimi, təhsil millətin gələcəyidir. Təhsilimizin inkişafı naminə siz gənclərin üzərinə böyük məsuliyyət düşür”, - deyən H.Xəlilov bu yolda məzunlara daim uğur qazanmalarını arzu edib.

Filialın Tarix müəllimliyi ixtisasının IV kurs tələbəsi, məzun Könül Butayeva çıxış edərək məzunlar adından təbriklərini çatdırıb, ürək sözlərini səsləndirib. “Bu günə qədər qazandığım nailiyyətlər və uğurların hamısı məhz filialın müəllim kollektivi sayəsində olmuşdur. Özümə borc bildim ki, bu gün üzərimizdə əməyi olan müəllimlərimizə məzunlarımız adından minnətdarlığımı bildirim. Bu gün rayon rəhbərliyinin bizlərlə bir yerdə olması, hər zaman olduğu kimi, bu gün də yanımızda dayanması biz məzunları çox sevindirdi. Hər zaman yanımızda olan, bizlərdən qayğısını əsirgəməyən rayon rəhbərliyinə minnətdarlığımızı bildiririk. Təhsilin keyfiyyətinə görə universitetlər arasında seçilən BDU-nun Qazax filialında yaradılan şəffaflığa, tələbələrə olan qayğıya görə direktor Arif Rüstəmov başda olmaqla, bütün professor-müəllim heyətinə, müəllimlərimizə təşəkkür edirik. Peşəkar tarixçi kimi yetişməyimdə əməyi olan tarix kafedrasının bütün müəllimlərinə minnətdaram. Bu gün həm sevincliyik, həm də kədərliyik. Sevincliyik ona görə ki, peşəkar kadr kimi formalaşıb gələcək həyata qədəm qoyuruq. Kədərlənirik ki, bizlərə daim qayğı göstərən müəllimlərimizdən və siz əziz tələbə yoldaşlarımızdan ayrılırıq. Lakin bu, son deyil. Hər son yeni bir başlanğıcdır”.

Qazax rayon Saqif Nəsirov adına Ürkməzli kənd tam orta məktəbin fizika müəllimi, filialın Kimya və biologiya müəllimliyi ixtisasının 5-ci kurs tələbəsi Türkan Camalovanın valideyni Sevda Məhərrəmova çıxış edərək övladının timsalında bütün məzunları təbrik edib, gələcək həyatlarında uğurlar arzulayıb. “Mən özüm 1986-cı ildə Bakı Dövlət Universitetinin fizika fakültəsini bitirmişəm. Bu gün isə qızım Türkan vaxtilə təhsil aldığım universitetin Qazax filialını fərqlənmə diplomu ilə bitirir. Valideyn olaraq qürurlanırıam ki, Vətəninə, xalqına layiqli şəkildə yetişən bir övlad böyütmüşəm. Övladımın bugünkü uğuruna görə filialın professor-müəllim heyətinə minnətdaram. Filialda olan obyektivliyə, şəffaflığa görə təşəkkür edirəm ki, gənclərimiz bu ali təhsil ocağında məhz bu mühitdə təhsil aldılar”. S.Məhərrəmova valideyn olaraq gənclərə, xüsusilə də filialda təhsil alan tələbələrə göstərdiyi qayğıya, səmimi münasibətə görə rayon rəhbərliyinə razılığını ifadə edib.

Digər çıxış edən tələbələr də məzunlar adından danışaraq onlara bəslənən ümidləri öz əməli işləri ilə doğruldacaqlarını söyləyib, təhsil müddətində yaradılan yüksək şəraitə görə filialın direktoru A.Rüstəmova, müəllimlərə öz dərin minnətdarlıqlarını bildiriblər. Təhsil aldıqları müddətdə olara göstərilən qayğıya, səmimi münasibətə görə rayon rəhbərliyinə razılıqlarını ifadə ediblər.

Tədbirdə filialın ictimai-mədəni, kütləvi tədbirlərində, eləcə də təhsildə fərqlənən bir qrup məzuna Təşəkkürnamələr təqdim olunub. Filialın 2 nəfər məzunu isə Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsində aktiv könüllülük fəaliyyəti göstərdiyinə görə Fəxri Fərmanla təltif edilib.

Sonra “Məzun günü” rəngarəng konsert proqramı ilə davam edib.


Oxunub: 301
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Bu gün, 14:04 | Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto
    Bu gün, 14:00 | Borcu olan sakinlər istiliksiz qalacaq - Rəsmi
    Bu gün, 13:58 | Bu gün Millətlər Liqasında 8 oyun keçiriləcək
    Bu gün, 12:23 | Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol
    Bu gün, 12:20 | Salah Misir millisində rekorda imza atdı
    Bu gün, 12:13 | Füzulidə ağır qəza: 3 ölü, 4 yaralı - Foto
    Bu gün, 11:20 | Külli miqdarda vəsaiti mənimsəyən bağça müdirinə hökm oxundu
    Bu gün, 11:12 | Xəyyam Salehov müdir təyin edildi - FOTO
    Bu gün, 11:08 | Mahirin qolu, Azərbaycan millisinin qələbəsi - Video
    Bu gün, 11:02 | İcra başçısı şəhid anasının qayğıları ilə maraqlanıb
    Bu gün, 10:57 | Fəaliyyətinə xitam verilən tibb ocağının aqibəti necə olacaq? - VİDEO
    Bu gün, 10:55 | Etibar Pirverdiyev 15 minlik gülü kimin üçün aldırıb?
    Bu gün, 10:53 | Pensiyalar belə artırılacaq: Mexanizmi dəyişir...
    Bu gün, 09:33 | Yuxarı Salahlı kənd məktəbliləri ilə maarifləndirici görüş keçirilib
    Bu gün, 09:30 | Füzulidə ağır qəza: 3 ölü, 4 yaralı - Foto
    Bu gün, 01:39 | Millimiz Lixtenşteynə qalib gəldi
    Dünən, 18:18 | Birdəfəlik müavinətlərin ödəniləcəyi tarix açıqlandı
    Dünən, 18:16 | Prezidentin Dublin səfəri Bakı üçün niyə əhəmiyyətlidir?
    Dünən, 18:14 | Nazirlər Kabinetindən bu nazirliklə bağlı vacib qərar
    Dünən, 17:22 | Xalq artisti onların pensiya yaşı ilə bağlı narazılığını bildirdi
    Dünən, 17:15 | Bakıda kafedə insident: saxlanılanlar var - Rəsmi
    Dünən, 17:14 | Güclü külək əsəcək - Sarı və narıncı xəbərdarlıq
    Dünən, 16:29 | Rusiyadan bu ölkəyə tələb: NATO-dan çıx!
    Dünən, 16:27 | Məhkəmədən Ramiz Əzizbəylinin kürəkəni ilə bağlı qərar
    Dünən, 16:26 | 13-cü dəfə Avropa çempionu oldu - Foto
    Dünən, 15:30 | Dublində İlham Əliyevlə Paşinyanın görüşü... - Deputat
    Dünən, 15:13 | Bu şəxslərin maaşının artırılması təklif olunur
    Dünən, 15:07 | Rus ordusu daha iki kəndi işğal etdi
    Dünən, 14:36 | Fransa ilə oyun öncəsi Türkiyə millisində ciddi itki
    Dünən, 14:34 | Qışa hazırlıqla bağlı müşavirələr keçirildi - FOTOLAR
    Dünən, 14:31 | Motosikletlə məktəblini vurub qaçdı - VİDEO
    Dünən, 14:30 | Real ehtiyaclara əsaslanan planlaşdırma: Ev təsərrüfatlarının uçotu niyə vacibdir?
    Dünən, 14:26 | Polad Həşimovun anasının vəziyyəti ilə bağlı xəbər var
    Dünən, 14:24 | Bu türk ölkəsində yeni təbii qaz yatağı kəşf edildi
    Dünən, 14:21 | Tiktokda icra başçısını təhqir etdi, həbs olundu
    Dünən, 14:20 | Bakıda baş redaktor həbs edildi - Foto
    Dünən, 07:15 | Putin yalnız bu halda geri çəkiləcək - ABŞ-dan bəyanat
    Dünən, 06:56 | "TikTok"da 300 min manatlıq dələduzluq: Saxlanılanlar var - Video
    Dünən, 06:50 | Xərçəngin dərmanı tapıldı: Satışına başlanılır
    Dünən, 06:45 | Cümə, 13 noyabr: Təhlükəli tərəfi nədir və niyə "dünyanın sonu" adlanır?
    Dünən, 06:43 | İlham Əliyev dəyirmi masada iştirak etdi
    Dünən, 06:42 | Çox çay içənlərin diqqətinə!
    Dünən, 06:40 | ML: Türkiyə və Fransa məğlub oldu
    12-11-2026, 23:34 | İlham Əliyev Kiriakos Miçotakislə görüşdü
    12-11-2026, 23:32 | Azərbaycan ən iri neft təchizatçımızdır - Babiş
    12-11-2026, 23:04 | Bakıda vərəm xəstələri görüntülü zənglə izlənilir?
    12-11-2026, 23:02 | Türkiyəli "mafiya babası" Azərbaycanda saxlanıldı
    12-11-2026, 23:00 | ABŞ-da neft hasilatı rekord həddə çatdı
    12-11-2026, 21:26 | Türkiyədə helikopter qəzası: 4 hərbçi şəhid oldu
    12-11-2026, 21:25 | Dublində Əliyevlə Paşinyanın görüşü keçirildi - Video
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.