Dövlət qurumlarına qəbulda yeni model... - DİM sədri
Sentyabr ayında dövlət qulluğuna qəbulla əlaqədar səriştə modelini sınaqdan keçirəcəyik. Mediaxeberleri.Az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, bundan əvvəl səriştə modelinin axırıncı versiyası ilə bağlı beynəlxalq ekspertlərlə fikir mübadiləsi aparılacaq: "Çox vacib mərhələdir. Bu model üzrə iki ildir işləyirik. Hazırda bu modelin tətbiqinə başlamaqla 2024-cü ildə sınaq, 2025-ci ildə isə qanunvericiliyə dəyişiklik etməklə dövlət qurumlarına işə qəbul prosesini həyata keçirəcəyik". DİM sədri bildirib ki, səriştə modelinə əsaslanan qəbul daha keyfiyyətli, bacarıqlı, dövlət qulluğunda bütün prosesləri şəffaf keçirməyə imkan verəcək.