Mediaxeberleri.az
    
  • Şəhid anası 21 ildir mənzil növbəsindədir: "Öz evimdə yaşamaq istəyirəm" - Video
    Şəhid anası 21 ildir mənzil növbəsindədir: "Öz evimdə yaşamaq istəyirəm" - Video
  • 
  • Kiçik pomidorlarda böyük təhlükə!
    Kiçik pomidorlarda böyük təhlükə!
  • 
  • Türkiyə Fələstin prezidentinin yunanlarla qucaqlaşmasına niyə səssiz qalır?
    Türkiyə Fələstin prezidentinin yunanlarla qucaqlaşmasına niyə səssiz qalır?
  • 
  • "Büdcədən pul ayrılıb və o pul yeyilib" - ETİRAZ VAR!
    "Büdcədən pul ayrılıb və o pul yeyilib" - ETİRAZ VAR!
  • 
  • Azərbaycan öz addımlarını bu güclərin mövqeyi ilə uyğunlaşdırmaq məcburiyyətindədir...
    Azərbaycan öz addımlarını bu güclərin mövqeyi ilə uyğunlaşdırmaq məcburiyyətindədir...
  • 
  • "Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
    "Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
  • 
  • "44" filmi Azərbaycanın kino tarixinə rekordla düşdü - Foto
    "44" filmi Azərbaycanın kino tarixinə rekordla düşdü - Foto
  • 
  • Son 120 ilin ən uğurlu layihəsi Bakıda… - İnfantino
    Son 120 ilin ən uğurlu layihəsi Bakıda… - İnfantino
  • 
  • Bulvar dənizdən 30 kilometr aralı qala bilər - Foto
    Bulvar dənizdən 30 kilometr aralı qala bilər - Foto
  • 
  • VƏZİFƏLİ ŞƏXSLƏRİN GİZLİ BİZNESLƏRİ... – Yeni qanun nəyi dəyişəcək?
    VƏZİFƏLİ ŞƏXSLƏRİN GİZLİ BİZNESLƏRİ... – Yeni qanun nəyi dəyişəcək?
  • 
  • Masaj salonunun sahibəsindən 30 min tələb etdi: hökm oxundu
    Masaj salonunun sahibəsindən 30 min tələb etdi: hökm oxundu
  • 
  • Məktəblərdə geyim: bütün suallara aydınlıq gətirildi - RƏSMİ
    Məktəblərdə geyim: bütün suallara aydınlıq gətirildi - RƏSMİ
  • 
  • Saleh Məmmədovun yaratdığı idarələr ləğv olunur: Milyonlar...
    Saleh Məmmədovun yaratdığı idarələr ləğv olunur: Milyonlar...
  • 
  • Mənimsəmə işi: Etibar Pirverdiyevin maaşı şoka saldı
    Mənimsəmə işi: Etibar Pirverdiyevin maaşı şoka saldı
  • 
  • TTM-də 200 minlik mənimsəmə: Polkovnikin və digərlərinin məhkəməsi başladı
    TTM-də 200 minlik mənimsəmə: Polkovnikin və digərlərinin məhkəməsi başladı
  • 
  • PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
    PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
  • 
  • Qorxmaz Hüseynovun dövründəki milyonluq mənimsəmələr üzə çıxdı
    Qorxmaz Hüseynovun dövründəki milyonluq mənimsəmələr üzə çıxdı
  • 
  • Qazax Dövlət Dram Teatrında “Səhnədən zəfərə...” tamaşası təqdim olunub
    Qazax Dövlət Dram Teatrında “Səhnədən zəfərə...” tamaşası təqdim olunub
  • 
  • "Xan qızı Xurşidbanu Natəvan" adlı sənədli filmin nümayişi keçirilib - FOTOLAR
    "Xan qızı Xurşidbanu Natəvan" adlı sənədli filmin nümayişi keçirilib - FOTOLAR
  • 
  • Tarixi qələbənin altıncı ili - Azərbaycanda Zəfər Günüdür!
    Tarixi qələbənin altıncı ili - Azərbaycanda Zəfər Günüdür!
  • 
  • "Zəfərdən doğan işıq" sənədli filmi nümayiş olunub - Video
    "Zəfərdən doğan işıq" sənədli filmi nümayiş olunub - Video

Son xəbərlər :
  • Həkimdən xəbərdarlıq: Soyuq havada isti qəhvə içməyin!
  • Sabah bu rayonda qaz olmayacaq
  • "Barselona" komandası Bakıda - Video
  • Qız üstündə dava: Tələbə universitetindən qovuldu?
  • Apteklərdə oftalmoloji müayinə aparanlara - Xəbərdarlıq
  • Kürdə batan çobanın son anları: Nəvəsi kömək istədiyini görüb - VİDEO
  • Prezident hərbi xidmətə çağırışla bağlı sərəncam imzaladı
  • Pərviz Şahbazova yeni vəzifə verldi
  • Maşın su kanalına düşdü: 1 ölü, 4 yaralı
  • Bu şəxslərin bütün cərimələri silinəcək
  • İlham Əliyev 5 fərman imzaladı
  • Süni intellektdən istifadə edənlərin çoxu ondan psixoloji dəstək alır
  • Azərbaycan və İtaliya XİN rəhbərlərinin görüşü başladı
  • Bakıda sabiq məmur avtomobili sərxoş halda idarə edərkən saxlanıldı
  • Elçin Babayev haqda sensasiya: Kim məhv etmək istəyir?
  • Elçin Babayev haqda sensasiya: Kim məhv etmək istəyir?
  • "Sabah" - "Barselona" oyununun hakimləri bəlli oldu
  • Tovuzda avtomobil körpüdən aşdı: Ölən və yaralılar var
  • Ermənistanın yeni konstitusiyasında Azərbaycanla bağlı nələr dəyişir?
  • 24 yaşlı qız dəm qazından boğuldu
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

Azərbaycandan ənənəvi bazarlar sıradan çıxır: Bizi nə gözləyir?

  • Tarix: 4-05-2024, 15:28

Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Azərbaycanda fəaliyyət göstərən 83 ərzaq bazarını yoxlayıb və onlardan dördü fəaliyyətini dayandırıb. Bu vaxta qədər Bakıda ənənəvi bazarlardan “Şüşəli bazar”, Yasamal bazarı və “Təzə bazar”ın söküldüyü məlumdur. Bəzən bazarların ləğvi insanlar arasında narazılıq yaradır. Bəs görəsən həqiqətənmi ənənəvi bazarlar tarixə qovuşur?

Kirayə qiymətləri fərqli olur

Vaxtilə “Təzə bazar”da ticarətlə məşğul olan Həsrət Qəhrəmanovun sözlərinə görə, bazarların bağlanılması ən çox orada çalışan insanlara təsir edir: “Bazar bağlandıqda insanların qazanc yeri də əlindən çıxır. Elə adamlar var yaşı çoxdur, başqa işlə də məşğul ola bilmirlər. Başqa yerə köçürüldükdə isə həm kirayə qiymətləri fərqli olur, həm də satıcı müştərilərini itirir. Yeni açılan bazarda alıcı kütləsi də eyni olmur. Böyük marketlərin yaradılması bazarların müştərisini azaldır”.

“Köhnə bazarlar mütləq bərpa olunmalıdır”

Memar Dilqəm İsmayılov isə bildirdi ki, bazar ənənəsi dünya ölkələrində də mövcuddur: “Bazarlar Azərbaycanın keçmişdən gələn mədəniyyət nümunəsidir. Bazar mədəniyyəti təkcə Azərbaycanda deyil, İtaliyada, Cənubi Avropa ölkələrində də mövcuddur. Bazarlar xüsusən də şərq ölkələrində insanların sosiallaşması üçün bir məkan olub. Səliqəli dizaynla bazarları bərpa etmək olar. Düşünürəm ki, köhnə bazarlar mütləq bərpa olunmalıdır. Əgər “Şərq bazarı” kimi xüsusi arxitekturaya sahibdirsə, bu, nəzərə alınmalıdır. Amma bazarlarda bütün sahələrə aid məhsullar olsa, daha yaxşı olardı”.



“Bakı üçün bazar mədəniyyəti çox önəmlidir”

D.İsmayılovun fikrincə, şəhər memarlığında da bazarların özünəməxsus yeri olmalıdır: “Məsələn, “Nəsimi bazarı” insanların ehtiyaclarını ödəyirdi. Bu bazarı söküb yerində çoxmərtəbəli binalar, biznes mərkəzləri tikmək düzgün yanaşma deyil. Bazar təkcə qida almaq üçün deyil, həmçinin insanda bir emosiya yaradır. “Təzə bazar” da ənənəvi bazarlar kimi tikilir, ümid edirəm müasir şəkildə fəaliyyət göstərəcək. Fikrimcə, Bakı üçün bazar mədəniyyəti çox önəmlidir”.

“Gələcək nəsil üçün bazar ənənəsi qalmır”

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov qeyd etdi ki, bazarlar ləğv olunduqca, insanlar marketlərə üz tutur: “Bazarların tədricən sıradan çıxması təbii haldır. Bütün dünyada bu proses gedir. Xaricdəki böyük şəhərlərdə artıq bazarlar ləğv edilib. Onların yerində müxtəlif obyektlər tikilib. Amma bunu da nəzərə almalıyıq ki, bazarlar tarix boyu insanlar üçün əhəmiyyətli yer olub. Azərbaycan düşüncəsində bazarlar insanların görüşməsi, əlaqə saxlaması üçün əhəmiyyətli rola malikdir. Həmçinin insanlar üçün qida məhsullarının daha əlçatan olmasına xidmət edir. Mən arzu etməzdim ki, xarici ölkələrin təcrübəsi bizə də gəlsin və bu ənənələr sıradan çıxsın. Heyif ki, bu ənənə sıradan çıxır. Böyük ərazisi olan bazarların yerində çoxmərtəbəli binalar, ticarət mərkəzləri inşa olunur”.



E.Hüseynovun sözlərinə görə, antisanitariya hallarını aradan qaldırmaq şərtilə bazarları yaşatmalıyıq: “Gələcək nəsil üçün bazar ənənəsi qalmır. Bundan narahat olmalıyıq. İstehlakçılar da istəyərlər ki, alış-verişlərini bazarlarda etsinlər. Amma bazarlarda antisanitar vəziyyət hökm sürür. Lakin Bakıda yerləşən bəzi bazarlar belə deyil, hətta digər ölkələrdən gələn insanları da valeh edirlər. İstisna hallar da mövcuddur. İnsanları məcburən marketlərə yönəldirlər. Amma insanlar öyrəşdikləri bazarları tərk etmək istəmirlər. Bazar iqtisadiyyatı mal satışının təmərküzləşməsini tələb edir deyə, bazarların çökməsi prosesi gedir”.



İnsanların büdcəsinə təsir etməyəcək

Sosioloq İlqar Hüseynli isə görülən işlərin doğruluğunu vurğuladı: “Bazarların bəzisi restavrasiya olunub şərq üslubunda görünüşünü saxlayır. Digər bazarların da yenilənməsi həyata keçirilir. AQTA-nın mövqeyi ilə razıyam. Orada olan epidemioloji vəziyyəti nəzərə alsaq, həqiqətən də bazarlarda acınacaqlı durum mövcuddur. Xüsusən də “8-ci kilometr” və “3-cü mikrorayon” bazarlarında sanitar normativ qaydalara əməl olunmur. Müasir dünyada tələblər də dəyişib. Bazarlar əslində sıradan çıxmır, sadəcə yenilənir. Böyük şəhərlərdə bu cür bazarlar demək olar ki, qalmayıb. Bütün sistem qapalı şəraitlərə, supermarketlərə, daha müasir texnologiyaların tətbiq olunduğu və soyuducu sistemlərə malik olan modern tipli satış mərkəzlərinə çevrilir. Düşünürəm ki, ənənəvi bazar modelindən daha sivil satış mərkəzlərinin yaranmasına istiqamətlənməliyik. İnsanlar qiymətdən narazılıq edir, amma bəzən bazarda məhsullar daha baha olur. Bazarların tədricən müasirləşməsi insanların büdcəsinə təsir etməyəcək”. ("Kaspi" qəzeti)


Oxunub: 569
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Bu gün, 07:56 | Həkimdən xəbərdarlıq: Soyuq havada isti qəhvə içməyin!
    Dünən, 22:21 | Sabah bu rayonda qaz olmayacaq
    Dünən, 21:43 | "Barselona" komandası Bakıda - Video
    Dünən, 21:41 | Qız üstündə dava: Tələbə universitetindən qovuldu?
    Dünən, 21:40 | Apteklərdə oftalmoloji müayinə aparanlara - Xəbərdarlıq
    Dünən, 16:52 | Kürdə batan çobanın son anları: Nəvəsi kömək istədiyini görüb - VİDEO
    Dünən, 16:11 | Prezident hərbi xidmətə çağırışla bağlı sərəncam imzaladı
    Dünən, 16:09 | Pərviz Şahbazova yeni vəzifə verldi
    Dünən, 14:47 | Maşın su kanalına düşdü: 1 ölü, 4 yaralı
    Dünən, 14:43 | Bu şəxslərin bütün cərimələri silinəcək
    Dünən, 14:33 | İlham Əliyev 5 fərman imzaladı
    Dünən, 14:24 | Süni intellektdən istifadə edənlərin çoxu ondan psixoloji dəstək alır
    Dünən, 14:21 | Azərbaycan və İtaliya XİN rəhbərlərinin görüşü başladı
    Dünən, 14:10 | Bakıda sabiq məmur avtomobili sərxoş halda idarə edərkən saxlanıldı
    Dünən, 14:08 | Elçin Babayev haqda sensasiya: Kim məhv etmək istəyir?
    Dünən, 14:07 | Elçin Babayev haqda sensasiya: Kim məhv etmək istəyir?
    Dünən, 13:57 | "Sabah" - "Barselona" oyununun hakimləri bəlli oldu
    Dünən, 13:37 | Tovuzda avtomobil körpüdən aşdı: Ölən və yaralılar var
    Dünən, 13:35 | Ermənistanın yeni konstitusiyasında Azərbaycanla bağlı nələr dəyişir?
    Dünən, 12:58 | 24 yaşlı qız dəm qazından boğuldu
    Dünən, 12:56 | Nəriman Süleymanovla bağlı cinayət işi açılıb? - Rəsmi
    Dünən, 12:55 | Sabah Azərbaycanda 20 dərəcə isti olacaq
    Dünən, 12:49 | Bu xanımlara yüksək vəzifə verildi - Foto
    Dünən, 09:25 | Bakıda tanınmış aparıcı yol qəzasında ölüb
    Dünən, 08:55 | Ət yemədən protein ehtiyacını qarşılayan qidalar
    Dünən, 08:51 | Rusiyanın zərbələri Ukraynanın imkanlarını üstələyir - FT
    Dünən, 08:41 | Xankəndidə aldığı tapançanı qayınatasının evinin həyətində basdıran şəxsə cəza verildi
    Dünən, 08:29 | İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"
    Dünən, 08:20 | Köçdən sonra: İsmayıllının Mübariz Orucov küçəsi baxımsız vəziyyətdədir - VİDEO
    Dünən, 08:13 | Azərbaycanda beşinci sinif şagirdi vəfat etdi
    Dünən, 08:09 | Trampın bu təklifi Avropanı sevindirdi
    Dünən, 08:01 | Rusiyada eyni klinikada işləyən azərbaycanlı və erməni iki həkimin səs-küy yaradan dostluğu - Video
    Dünən, 07:19 | Ölüm saçan pullar peyda oldu: toxunanlar zəhərlənir
    Dünən, 07:15 | İranda çörək satışına məhdudiyyət qoyuldu
    Dünən, 07:14 | Yasamalda bu göl qurumağa başlayıb - Video
    Dünən, 07:12 | Yatmazdan əvvəl spirtli içki içmək faydalıdır?
    22-11-2026, 20:43 | İcra başçısının səmimi söhbəti bir neçə saat ərzində yüz əlli mindən çox baxış sayı toplayıb
    22-11-2026, 18:56 | "Kəpəz" - "Qarabağ" matçında heç-heçə, "Neftçi"dən qələbə
    22-11-2026, 16:29 | Azərbaycan vətəndaşlarının bu ölkəyə vizasız rejimi tətbiq edildi
    22-11-2026, 16:27 | Zəngi liseyinin direktoru işdən çıxarıldı – Yeni təyinat
    22-11-2026, 16:25 | Bu şəxslər üçün imtahan keçiriləcək
    22-11-2026, 16:23 | Sabahın havası bu insanlar üçün əlverişsiz olacaq
    22-11-2026, 12:30 | Argentinalı məşhur futbolçu huşunu itirdi
    22-11-2026, 12:13 | ABŞ yeni kamikadze dronunu təqdim etdi
    22-11-2026, 11:55 | Azərbaycana qar yağıb
    22-11-2026, 11:54 | Astarada qəza: 5 kəndin qazı kəsildi
    22-11-2026, 11:51 | Qazaxda iki nəfərə kəsici alətlə xəsarət yetirməkdə şübhəli bilinən şəxs saxlanıldı
    22-11-2026, 10:54 | Gəzməkdə çətinlik çəkən qadının 23 illik əlillik pensiyası kəsildi - Video
    22-11-2026, 10:48 | Diyetoloq ən faydalı çörək növlərini və gündəlik istehlak normasını açıqladı
    22-11-2026, 10:46 | Yas mərasiminə gedən ehtiyatda olan zabit faciəli şəkildə öldü - Təfərrüat
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.