Təəccüblüdür: Birlikdə spirtli içki qəbul edən cütlüklər daha çox yaşayırlar
Miçiqan Universitetinin tədqiqatçısı içki içən cütlüklərin birlikdə daha uzun ömür sürdüklərini açıqlayıb. Mediaxeberleri.Az xəbər verir ki, Miçiqan Universitetinin Sosial Tədqiqatlar İnstitutunun professoru Kira Burditt “The Gerontologist” jurnalında dərc olunan son araşdırmasında içki içmə davranışlarında ardıcıl olan, yəni hər ikisi də spirtli içki qəbul edən cütlüklərin daha uzun ömür sürdüyünü vurğulayıb. Burditt bildirib ki, evlilik üçün yaxşı olan davranışlar mütləq sağlamlıq üçün yaxşı deyil. “Bu tədqiqatın məqsədi Sağlamlıq və Təqaüd Tədqiqatında evli cütlüklər arasında spirt istifadəsini və onun ölümlə bağlı təsirlərini araşdırmaq idi. Və maraqlısı odur ki, son üç ayda hər ikisinin spirtli içki qəbul etdiyini bildirən cütlüklərin, spirtli içki içməyən və ya uyğunsuz içki içmə tərzi olan digər cütlüklərdən daha uzun ömür sürdüklərinin şahidi olduq.