General-mayor Müdafiə Nazirliyini məhkəməyə verdi
Azərbaycan Respublikasının Milli Qəhrəmanı, general-mayor Fəxrəddin Mövsüm oğlu Cəbrayılov Müdafiə Nazirliyini məhkəməyə verib. Mediaxeberleri.Az "Unikal.az"a verilən məlumata görə, F.Cəbrayılovun şikayəti 27 mart tarixində Bakı İnzibati Məhkəməsində hakim Aygün Əhədovanın sədrliyi ilə araşdırılacaq. Milli Qəhrəman hərbi inzibati orqanların aktları və hərəkətləri ilə əlaqədar mübahisələrdən şikayət edib. Xatırladaq ki, Fəxrəddin Cəbrayılov Azərbaycan Respublikası prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.
Oxunub: 991
Xəbəri paylaş
Paylaş: