Qala sakinləri bərbad yoldan şikayət edirlər - VİDEO
Xəzər rayonu, Qala qəsəbəsinin sakinləri yararsız yolların vəziyyətindən narahatdırlar. Qala stansiyası, “Hərbi mühafizə dəstəsi” adlanan küçədə yaranan gölməçələr həm piyadalara, həm də sürücülərə çətinlik yaradır. Sakinlərin sözlərinə görə, küçədən keçmək üçün ya həyətlərin hasarlarından, ya da qaz borusundan tutmaq məcburiyyətində qalırlar. “Uşaqlar məktəbə getməkdə çətinlik çəkirlər. Həkimə xəstə aparıb-gətirməli oluruq. Gölməçələr rahat hərəkət etməyə imkan vermir. Müraciət etmişik, amma heç kim maraqlanmır”, - deyə şikayətçilər narazılıq bildiriblər. Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, sözügedən ərazi qurumun balansında deyil. Xəzər Rayon İcra Hakimiyyətinə isə dəfələrlə müraciət edilməsinə baxmayaraq, qurumdan məsələyə münasibət bildirilməyib. Ətraflı Baku TV-nin videosunu təqdim edirik: