Bu gün istefa verən nazirlərimiz - Siyahı
Azərbaycan Konstitusiyasının 116-cı maddəsinə əsasən bu gün Nazirlər Kabineti istefa verib. Mediaxeberleri.Az istefa verən nazirlərin və digər dövlət məmurlarının siyahısını təqdim edir: Əli Hidayət oğlu Əsədov – Baş nazir, Yaqub Abdulla oğlu Eyyubov - Baş nazirin birinci müavini, Əli Cavad oğlu Əhmədov - Baş nazirin müavini, Şahin Abdulla oğlu Mustafayev - Baş nazirin müavini, Vilayət Süleyman oğlu Eyvazov - daxili işlər naziri, Muxtar Bahadur oğlu Babayev - ekologiya və təbii sərvətlər naziri, Pərviz Oqtay oğlu Şahbazov - energetika naziri, Fikrət Fərrux oğlu Məmmədov - ədliyyə naziri, Sahil Rafiq oğlu Babayev - əmək və əhalinin sosial müdafiəsi naziri, Kəmaləddin Fəttah oğlu Heydərov - fövqəladə hallar naziri, Fərid Fazil oğlu Qayıbov - gənclər və idman naziri, Ceyhun Əziz oğlu Bayramov - xarici işlər naziri, Mikayıl Çingiz oğlu Cabbarov - iqtisadiyyat naziri, Məcnun Qadir oğlu Məmmədov - kənd təsərrüfati naziri, Samir Rauf oğlu Şərifov - maliyyə naziri, Adil Qabil oğlu Kərimli - mədəniyyət naziri, Zakir Əsgər oğlu Həsənov - müdafiə naziri, Vüqar Valeh oğlu Mustafayev - müdafiə sənayesi naziri, Rəşad Nəbi oğlu Nəbiyev - rəqəmsal inkişaf və nəqliyyat naziri, Teymur Yusif oğlu Musayev - səhiyyə naziri, Emin Eldar oğlu Əmrullayev - elm və təhsil naziri, Bahar Əvəz qızı Muradova - Ailə, Qadin və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri, Fuad Rauf oğlu Muradov - Diasporla İş üzrə Dövlət Komitəsinin sədri, Mübariz Qəhrəman oğlu Qurbanlı - Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, Şahin Soltan oğlu Bağırov - Dövlət Gömrük Komitəsinin sədri, Tahir Yaqub oğlu Budaqov - Dövlət Statistika Komitəsinin sədri, Anar Adil oğlu Quliyev - Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, Rövşən Şükür oğlu Rzayev - Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Vüsal Əfqan oğlu Hüseynov - Dövlət Miqrasiya Xidmətinin rəisi, Elçin İsağa oğlu Quliyev - Dövlət Sərhəd Xidmətinin rəisi, Əli Nağı oğlu Nağıyev - Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Orxan Sedyar oğlu Sultanov - Xarici Kəşfiyyat Xidmətinin rəisi, Mürsəl Qorxmaz oğlu İbrahimov - Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, Qoşqar İlahi oğlu Təhməzli - Qida Təhlükəsizliyi Agentliyinin sədri, Fuad Hümbət oğlu Nağıyev - Dövlət Turizm Agentliyinin sədri.