Soyuq silahlarınızı cibinizə qoyun, əfəndilər! - Akif Aşırlının YAZISI
BMT Baş Assambleyasının 81-ci sessiyasında İsrailin Baş naziri Benyamin Netanyahu çıxışına başlayarkən bir sıra müsəlman ölkələrin nümayəndə heyətləri zalı tərk etsə də, Azərbaycanın nümayəndə heyəti zalda qalmışdı. Bununla əlaqədar olaraq, son günlər Türkiyədə bir sıra sosial şəbəkə istifadəçiləri Azərbaycanla bağlı mənfi fikirlər səsləndirmişdilər. Azərbaycanla Türkiyə arasında münasibətlərə zərər verməyə çalışanların, fürsətçillərin, bu qardaşlığın möhkəm təməlindən narahat olanların əllərinə girəvə düşüb. Mediaxeberleri.Az xəbər verir ki, bu sözləri özünün sosial media hesabında "Azərbaycan Türk Ocağı" İctimai Birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru, əməkdar jurnalist Akif Aşırlı açıqlamasında deyib. O bildirib ki, Hər iki tərəfin sosial media istifadəciləri, bloger və infulenserlər BMT-nin içlas zalındakı adi bir diplomatik duruşu elə təqdim edirlər ki, sanki iki qadaşın savaşı başlayıb. Hec bir savaşdan, vuruşdan söhbət gedə bilməz və bunu istəyənlərin arzusu həmişə olduğu kimi gözündə qalacaq. Azərbaycanla Türkiyə xarici siyasətdə koordinasiyalı hərəkət edir, Azərbaycanın bu diplomatik davranışı da yəqin ki, diplomatik korpuslar, təmsilcilər tərəfindən müəyyənləşdirilib. Türkiyə tarixdə bizə nə edib, Azərbaycanın qarşılıqlı cavabı nə olubsa bu yalnız iki Qardaşa aid məsələdir, iç işləridir. "Qardaş qardaşa borc verməz, əl tutar , kömək, dəstək olar" düsturu son 100 ildə öz tarixi həqiqətinin ən gözəl örnəklərinin yaşandığı indiki dövrdə təfriqə salmaq yalnız Türkün Birliyini, Gücünü istəməyən düşmənlərin işinə yarar. Soyuq silahlarınızı cibinizə qoyun, əfəndilər!





















