UEFA Millətlər Liqası: Azərbaycan millisi səfərdə Litva ilə heç-heçə edib - VİDEO
Azərbaycan yığması UEFA Millətlər Liqasının yeni mövsümündə ilk oyununu keçirib. Mediaxeberleri.Az xəbər verir ki, Ayxan Abbasovun baş məşqçisi olduğu kollektiv səfərdə Litva ilə üz-üzə gəlib. Darius və Girenas stadionundakı qarşılaşma 1:1 hesabı ilə bitib. Meydan sahiblərinin heyətində 9-cu dəqiqədə Armandas Kuçis penaltini dəqiq yerinə yetirib. 14-cü dəqiqədə Mahir Emreli tarazlığı bərpa edib. Xatırladaq ki, Litva seçməsi qrupdakı ilk görüşündə səfərdə Lixtenşteyni iki cavabsız qolla üstələyib. Millimiz qrupda növbəti oyununu oktyabrın 1-də evdə Lixtenşteynə, daha sonra isə oktyabrın 4-də yenidən Litvaya qarşı keçirəcək. 27 sentyabr UEFA Millətlər Liqası 17:00. Litva – Azərbaycan - 1:1 Qol: Armandas Kuçis, 9-pen. (1:0), Mahir Emreli, 14 (1:1)
D Liqası, 2-ci Qrup, 2-ci tur
Hakimlər: Menelaos Antoniu, Pavlos Qeorqiu, Eraklis Komodromos, Konstantinos Fellas, Marios Xristoforou (VAR), Dimitris Solomu (AVAR)
"Dariaus ir Gireno" stadionu (Kaunas)





















