Azərbaycanda 3 günlük istirahət olacaq - Tarixlər
2026-cı ilin sonuna qədər qarşıda bir neçə qeyri-iş günü və ardıcıl istirahət günləri gözlənilir. Mediaxeberleri.Az xəbər verir ki, oktyabr ayında beşgünlük iş rejimində çalışanlar ümumilikdə 9 gün, altıgünlük iş həftəsi üzrə çalışanlar isə 4 gün istirahət edəcəklər. Noyabrda isə istirahət günlərinin sayı daha çox olacaq. Ay ərzində Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədar ardıcıl üç qeyri-iş günü olacaq. Belə ki, noyabrın 8-i və 9-u qeyri-iş günləridir, noyabrın 10-u da istirahət gününə düşür. Bununla yanaşı, noyabr ayında beşgünlük iş həftəsi ilə çalışanların ümumilikdə 11, altıgünlük iş həftəsi ilə işləyənlərin isə 7 istirahət günü olacaq. Dekabr ayında beşgünlük iş rejimində çalışanlar üçün 9, altıgünlük iş həftəsi üzrə çalışanlar üçün isə 5 qeyri-iş günü nəzərdə tutulub. Dekabrın 31-i Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü olduğundan həmin gün də iş günü sayılmır. Beləliklə, ilin son üç ayında iş rejimindən asılı olaraq qeyri-iş günlərinin sayı fərqli olacaq





















